')

Bu gün:


FutbolPress.Az | Futbol tarixində inanılmaz hadisə: 12 oyunçuya ömürlük cəza

Futbol tarixində inanılmaz hadisə: 12 oyunçuya ömürlük cəza


oxunma sayı: 309 Paylaş:

FutbolPressİndoneziya yuxarı liqasında futbol tarixində inanılmaz hadisə baş verib. 

"Sleman" və "Semaranq" komandalarının qarşılaşmasında tərəflərdən heç biri çempionatın pley-off mərhələsinə vəsiqə qazanmaq istəməyib. Oyunun tez başa çatmasını istəyən rəqiblər matçı sirkə döndəriblər. Hər komandadan 5 oyunçu avtoqolun müəllifi olub.

İndoneziya Futbol Assosiasiyası isə biabırçı matçla bağlı qərar qəbul edib. Belə ki, qarşılaşmada iştirak edən 12 oyunçuya və baş məşqçilərə ömürlük cəza verilib. Onlar bundan sonra heç vaxt peşəkar futbolçu ola bilməyəcək. Bundan əlavə komandaların 20 nəfər üzvünə 5 ildən 10 ilədək cəza verilib. 

Bununla da komandalar Liqada mübarizəni dayandırıb. 


oxunma sayı: 309 | Paylaş:




?>