')

Bu gün:


FutbolPress.Az | Həftənin matçı: "Arsenal" - "Mançester Yunayted" (PREVYU)

Həftənin matçı: "Arsenal" - "Mançester Yunayted" (PREVYU)


oxunma sayı: 652 Paylaş:

FutbolPressBugün “Emirates Stadium”da yerli “Arsenal” və “Mançester Yunayted”in iştirakı ilə böyük futbol tamaşası olacaq. Zəngin tarixə malik rəqibərin 219-ci dueli keçiriləcək. 1984-cü ilin oktyabrın 13-dən başlanan bu uzun yolda üstün tərəf “qırmızı şeytanlar”dı. Belə ki, geridə qalan 130 illik mücadilədə “mankunyanlar”ın aktivində 92, “topçuların” isə 78 qələbəsi var. Komandalar 48 matçda meydanı sülhlə tərk edib.

2011-ci ildə “Mançester Yunayted” doğma divarları arasında rəqibini 8:2 hesablı məğlub edəndən bəri, komandaların oyununda 3-dən çox qol vurulmur. Ötən il oynanılan iki matçda qapılara yalnız bir dəqiq zərbə endirilib. Həmin zərbənin müəllifi "Old Trafford"dakı matçın 27-ci dəqiqəsində sabiq klubunu məyus edən Robin van Persi olub. Komandalar arasındakı cavab matçı isə qolsuz bərabərliklə yekunlaşıb.


2011-ci ilin mayından bəri “Arsenal” “Mançester Yunayted”i məğlub edə bilmir. “Topçular” bu dönəmdə “qırmızı şeytanlar"la cəmi iki dəfə heç-heçə edib, qalan oyunlarda isə meydanı başıaşağı tərk edib. Son 6 ildə isə Arsen Vengerin yetirmələri “Mançester Yunayted”i evində cəmi 1 dəfə məyus edə bilib.  Komandalar arasındası son 14 oyunun 10-da “qırmızı şeytanlar” qalib gəlib, birində isə məğlub olub. 

Bu uğursuzluğa son qoymaq üçün Arsen Vengerə birinci kömək edə biləcək şəxs cari mövsümdə İngiltərə Premyer Liqasında 8 qolun müəllifi Aleksis Sançesdi. “Mançester Yunayted”də isə birdən 4 oyunçu – Anxel Di Mariya, Xuan Mata, Robin van Persi və Ueyn Runi hərəyə üç qolla klubun bombardirlik pilləsini bölüşdürə bilmir. Argentinalı yarımmüdafiəçi isə yeni klubunda həm də artıq 5 məhsuldar ötürmə ilə yadda qalıb.


XII turun mərkəzi matçında hər tərəfdən ən azı 5 oyunçu iştirak edə bilməyəcək. “Topçular”a Loran Koselni, Matye Debüşi, OliverJiru, David Ospina və Məsüt Özil kömək etməyək. Həmçinin Lui van Qaalın da “armada”sı matça itkilərlə çıxacaq. Eşli Yanq, Markos Roxo, Deyli Blind, Cessi Linqard və Rafaelin matçı kənardan izləyəcəyi və üstəlik Radamel Falkaonun kiçik zədəsi ucbatında matçı buraxacağı dəqiqdi.

Təxmin olunan heyətlər:

“Arsenal” – Volsex Şesni; Kalum Çembers, Per Mertezaker, Naço Monreal, Karen Gibbs; Mateu Flamini, Cek Uilşer, Aaron Remzi; Oksleyd Çemberlen, Danni Uelbek, Aleksis Sançes (Taktiki sxem: 4-3-3)

“Mançester Yunayted” – Anders Lindeqor; Atnonio Valensiya, Kris Smollinq, Fil Cons, Lyuk Şou; Maykl Karrik, Maruan Fellaini; Adnan Yanuzay, Ueyn Runi, Anxel Di Mariya; Van Persi (Taktiki sxem: 4-2-3-1).


Oyunda əsas söz sahibi Liverpuldan olan 46 yaşlı Maykl Din olacaq. Bu referi cari mövsüm “Arsenal”ın ilk matçını idarə edəcəksə, “qırmızı şeytan”lar onun əlini artıq üçüncü dəfə sıxacaq. Əvvəlki iki görüşü isə "mankunyanlar"çün uğurlu hesab eləmək düzgün olmaz - mövsümün əvvəlində “Suonsi”yə 1:2 hesablı məğlubiyyət və bir ay bundan əvvəl “Vest Bromviç”lə bərabərlik.

Maykl Din “Mançester Yunayted”lə “Arsenal” arasında oyunu sonuncu dəfə 2012-ci ildə idarə edib. Həmin matçda meydan sahibiləri “Old Trafford”da 2:1 hesablı qələbəyə sevinib.


Milli komandaların oyunları ilə əlaqədar yaranan 18 günlük fasilə öncəsi “Mançester Yunayted” turnir cədvəlindəki əsas rəqibinin xal itirməsindən ("Suonsi" - "Arsenal" - 2:1) lazımınca yararlandı.  Amansızcasına tənqid edilən Lui van Qalın komandası XI turda “Kristal Palas”dan tək qolla üstün oldu. Möhtəşəm azarkeş dəstəyilə (75 mindən çox azarkeş) keçən matçda yeganə dəqiq zərbəni 67-ci dəqiqədə Xuan Mata vurdu. Lui van Qaal oktyabrın sonlarında lazaretdən çıxan ispaniyalı yarımmüdafiəçiyə, heç də axırıncı dəfə ötən ayın əvvəlində fərqlənən Anxel Di Mariyadan az şans vermir.

“Arsenal” İngiltərə Premyer Liqasında sonuncu dəfə “Emirates Arena”da 2013-cü ilin avqustunda yenilib. O vaxtdan bəri doğma publika önündə keçirdiyi 23 görüşdən 15-də qələbə qazanan Arsen Vengerin yetirmələri 8 matçda da sülhə razılaşıb. Cari mövsümdə burada “Kristal Palas” və “Bernli” xalsız yola salınsa da, “Mançester Siti”, “Tottenhem” və “Hall Siti” məhsuldar heç-heçə əldə edə bilib. 

Arsen Vengerin komandasının məhz doğma meydanda belə inamsız çıxış eləməsi onları turnir cədvəlində  ilk “üçlük”dən kənar salıb. Hazırda topçular 17 xalla 6-cı pillənin sahibidi. Artıq turnir cədvəlinin orta mövqelərində görünməyə adət elədiyimiz qonaqlar isə cəmi 1 xal rəqibindən geri qalır

Əgər, ötən aydakı ard-arda uğursuzluqlar olmasaydı, “qırmızı şeytanlar” hazırda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşardı. “Everton” üzərində qələbədən sonra azarkeşlər “mankunyanlar”dan fovaritlərə qarşı matçlarda sıçrayış gözləsələr də, bu, baş vermədi. Lui van Qaalın başçılıq etdiyi komanda “Vest Bromviç”lə matçda güclə məğlubiyyətdən xilas oldu (2:2), Çelsi ilə oyunun son dəqiqələrində 1 xala razılaşdı (1:1), “Mançester derbisi”indən isə ümumiyyətlə xalsız ayrıldı (1:0).

Turnir cədvəlinin qonşuları arasındakı bu matç hər iki komanda üçün çempionluq uğrunda mübarizə baxımından çox vacibdi. Əgər meydan sahibləri qələbə qazanarsa və “Suonsi” ilə “Vest Hem”xal itirərsə, birbaşa 4-cü pilləyə yüksələcək. Bununla həmçinin “Mançester Yunayted”in ilk üçlükdə qərarlaşmaq ümidlərinə kölgə salacaq. Qonaqlar isə mövsümdə ilk səfər qələbəsini qazanmaq üçün mübarizə aparmalıdı. Bu, həmçinin onlarda ilk “dörd”lükdə yer almağa imkan verəcək.


"ARSENAL"- "MANÇESTER YUNAYTED"

Yarış: İngiltərə Premyer Liqası
Tur: XII
Tarix: 22 noyabr
Başlama vaxtı: 19:00
Stadion: "Emirates Stadium" (60.338 tamaşaçı)


oxunma sayı: 652 | Paylaş:




?>