')

Bu gün:


FutbolPress.Az | 62 gün sonra gələn qələbə

62 gün sonra gələn qələbə


oxunma sayı: 132 Paylaş:

FutbolPress“Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XII turunun oyununda qarşılaşan Bakı “İnter”i 4 seriyaya son qoyub.

Ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub etmişdi. 62 gündən sonra qalib gələn Kaxaber Sxadadzenin yetirmələri son 4 qarşılaşmanı qolsuz bitirmişdi. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı oldu.

Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilmədi. Beləliklə 535 “quru” dəqiqə  keçirən qolkiper mövsümün rekorduna imza atdı.

Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.


oxunma sayı: 132 | Paylaş:




?>