')

Bu gün:


FutbolPress.Az | Yaşar Seyidov: "Ən yaxşı hakimlər jurnalistlərdi" (AÇIQLAMA)

Yaşar Seyidov: "Ən yaxşı hakimlər jurnalistlərdi" (AÇIQLAMA)


oxunma sayı: 283 Paylaş:

FutbolPress“Qarabağ”la oyun çox gərgin keçdi. Ümumiyyətlə bu matç Premyer Liqanın cari mövsümündə ən gözəl oyunlardan biri oldu. Akademiyamızın yetirmələri heç də Azərbaycanı AL-də təmsil edən “Qarabağ”dan zəif çıxış eləmədi. Bu, tək mənim yox, bütün futbol ictimaiyyətinin fikridi. Yaxşı oynadıq, uşaqlar zəhmət çəkdilər”.

Bunu “futbolpress.az”a açıqlamasında “Bakı”nın icraçı direktoru Yaşar Seyidov Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağa” yenildikləri matç haqqında danışarkən dedi.  Klub rəsmisi oyuna hakimin təsirindən də söz açdı.

“Prinsip etibarilə hakimin idarəçiliyi çox da pis olmadı. Amma müəyyən epizodlarda səhvlərə yol verdi. Bir epizodda – qapımıza üçüncü qolun vurulması zamanı isə hakim açıq-aşkar səhvə yol verdi. Məhz bu, baş məşqçimiz İbrahim Uzuncanın oyundan sonra emosiyalarını cilovlaya bilməməsinə səbəb oldu. Məşqçimizə görə, həmin epizod oyunun qırılma anı oldu.  Mən hakimlərlə bağlı açıqlama vermək istəməzdim. Bu, yaxşı olmaz. Çünki mən tərəfəm. Yalnız klubumuzun mövqeyindən çıxış edə bilərəm. Məncə bunu Hakimlər Komitəsi araşdırsa daha yaxşı olar. Ən yaxşı hakimlər jurnalistlərdi. Baxın, görün orada qayda pozuntusu var idimi?! Mənə gələndə isə, orda qayda pozuntusu vardı. Məhz həmin epizoddan sonra komandamızın uduzması reallaşdı. Yalnız bunu deyə bilərəm. Onsuz da mən nə desəm də, heç nə dəyişilməyəcək".


oxunma sayı: 283 | Paylaş:




?>