"Araz" biabırçı hesabla uduzub, mübarizəni dayandırdı
Paylaş:
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda növbəti oyunlar keçirilir.
Avropanın 16 ən güclü klubu “Dördlər finalı”na vəsiqə uğrunda mübarizə aparır. B qrupunda son matçlar oynanılıb.
Çexiyada təşkil olunan turnirdə Azərbaycan təmsilçisi “Araz” üçüncü oyununa çıxıb. Qrupda hər iki görüşü uduzan və növbəti mərhələyə adlamaq şansını itirən komanda meydan sahibləri “Xrudim”lə üz-üzə gəlib. Matç "Araz"ın biabırçı hesablı məğlubiyyətilə bitib - 0:6.
Əvvəlki oyunlarda “Slov-Marik”ə 3:4, “Dina”ya isə 4:5 hesabı ilə məğlub olan "Araz" turnirdəki çıxışını başa vurub.
Qrupun digər oyununda lider “Dina” “Slov-Marik”i 1:4 hesab ilə yenib.
B qrupundan Moskvalılar 9 xalla lider, meydan sahibləri isə 6 xalla ikinci yerin sahibi kimi mübarizəni növbəti mərhələdə davam etdirəcək.
UEFA kuboku. Elit-raund
III tur, B qrupu
21:00. “Araz” - “Xrudim” - 0:6
18:30. "Slov-Matik" - "Dina" - 1:4
N
Komanda
O
Q
H
M
T-F
Xal
1.
Dina
3
3
0
0
12:5
9
2.
Xrudim
3
2
0
1
8:4
6
3.
Slov-Matik
3
1
0
2
6:9
3
4.
Araz
3
0
0
3
7:15
0
| Paylaş: