')

Bu gün:


FutbolPress.Az | "Simurq"un baş məşqçisi: "Əgər rəhbərlik məndən narazı olsaydı..." (MÜSAHİBƏ)

"Simurq"un baş məşqçisi: "Əgər rəhbərlik məndən narazı olsaydı..." (MÜSAHİBƏ)


oxunma sayı: 671 Paylaş:

FutbolPress

"Simurq"un baş məşqçisi Giorgi Çixradze "FutbolPress.az"a müsahibə verdi. 47 yaşlı gürcüstanlı mütəxəssis Zaqatala klubunun hazırkı durumundan, turnir cədvəlindəki mövqeyindən və gələcək planlarından danışdı. 

- “Simurq” XI turda səfərdə “Xəzər Lənkəran”a məğlub oldu. Oyun haqda nə deyə bilərsiniz?
- Lənkəranda oynamaq həmişə çətin olub. İlk qolu vursaq da, cəmi bir dəqiqə sonra standart vəziyyətdən öz qapımızda qol gördük. Komanda konsentrasiyanı itirdi. Qol buraxandan sonra səhvlərə yol verdik, topa nəzarət rəqibə keçdi. Amma ikinci hissədə məğlub durumda olarkən 3 qol imkanımız oldu. Təəssüf ki, yararlana bilmədik. Düzünü desəm, məğlubiyyətə layiq deyildik.

- Stadionun ot örtüyü sizi qane elədi?
- Açığı deyə bilərəm ki, Azərbaycanda işlədiyim müddətdə belə ot örtüyü görməmişdim.

- Komandanız səfərdə qələbə qazana bilmir. Problem nədədi?
- Fərqli vəziyyətlər oldu. Düzdür, qələbəmiz yoxdu, bu, çox pis haldı. Amma komandada zədəlilər və cəriməlilər vardı. Bütün hallarda tam heyətlə mübarizə apara bilmədik. Bu futboldu, belə hallar olur. Çalışacağıq ki, növbəti səfər matçlarımızda qələbə qazanaq.

- Premyer Liqadakı fasilədən necə yararlanırsınız?
- Fasilə olsa da, komanda məşqlərini davam etdirir. Ötən həftə məşqlərini Zaqatalada keçirdik. Sabah isə Bakıya gedirik. “İnter”lə yoxlama oyunumuz var. Növbəti turlara hazırlaşırıq.

- Yoxlama oyunu komandaya nə verəcək?
- Çempionatda çox böyük fasilə yaranıb. Son matçı noyabrın 2-si keçirtmişik. Növbəti oyun isə ayın 20-si olacaq. 18 gün oyunsuz qalmaq olmaz. Bizə oyun lazımdı. Ona görə planlaşdırdıq ki, komandanın oyun praktikasının artırılması üçün yoxlama oyunu keçirdək.

- "Simurq turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Bu isə komanda üçün o qədər də yaxşı mövqe deyil...
- Turnir cədvəli çox sıxdı. Komandalar arasında böyük fərq yoxdu. Nə biz avrokuboklar zonasından uzaqda qalmışıq, nə də kimsə bizi böyük fərqlə geridə qoyub. Mövsüm hələ təzə başlayıb. Hər şey özümüzdən asıllıdı. Bu vəziyyəti düzəltmək və xallar qazanmaq lazımdı.

- Bəs mövsümün sonunda?
- Bunu indidən demək çox çətindi. Hələ çempionatın yalnz 1/4 hissəsi geridə qalıb. Çalışacağıq ki, liderdən çox uzaqlaşmayaq.

- Avrokuboklara oynamaq iddianız varmı?
- Təbbi ki, biz avrokuboklara düşmək uğrunda mübariz aparırıq. Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Rəqibdən asıllı olmayaraq hər matçdan öncə futbolçularıma deyirəm ki, ancaq qələbə qazanmaq üçün meydana çıxın.

- “Simurq”da hansı mövqenin güclənməsini istərdiniz?
- Qışda müdafiə xəttimizi gücləndirmək istəyirik. Müdafiçimiz Adam Banas zədələndi və əməliyyat olundu. İndi yenidən forma yığır. Ona görə də, mütləq ikinci müdafiəçi lazımdı. Həm də digər mövqelərə də oyunçu cəlb etmək istəyirik. Bununçün hələ vaxt var. Qarşıdakı oyunlardan sonra hansı xəttin zəif təsir bağışladığı bilinəcək. İstəyirik ki, ümumilikdə komanda güclü olsun.

- Komandanın bombardiri Rəşad Eyyubovun oyununu necə dəyərləndirərdiniz?
- Rəşad hazırda yaxşı formadadı. 6 qol vurub. Əsas odu ki, belə davam eləsin və narazıçılıq eləməsin. O hazırda Azərbaycan millisin də dəvət alıb. Bu da ayrı bir məsuliyyətdi.  O hələ öz üzərində çox işləməlidi.

- Bəs klub rəhbərliyi sizin işinizi necə qiymətləndirir?
- Futbolda hər kəs nəticə tələb edir, xüsusilə də rəhbərlik. Təbii ki, əgər rəhbərlik məndən narazı olsaydı, yəqin ki, biz burada işləməzdim.


oxunma sayı: 671 | Paylaş:




?>