')

Bu gün:


FutbolPress.Az | "Dnepr"in oyunçusu: "Azərbaycan klubu çox güclüdü"

"Dnepr"in oyunçusu: "Azərbaycan klubu çox güclüdü"


oxunma sayı: 317 Paylaş:

FutbolPress“Komandamız AL-də uğursuz çıxış edir. Amma Ukrayna çempionatında işlərimiz qaydasındadı”

Bunu  “Qarabağ”ın AL-in qrup mərhələsindəki rəqibi ”Dnepr”in oyunçusuu Nikola Kaliniç deyib.

İki həftə əvvəl Kiyevdə Azərbaycan təmsilçisinə 0:1 hesabı ilə uduzan Ukrayna klubunun yarımmüdafiəçisi Bakıdakı qarşılaşmanın həlledici olacağını söyləyib:

“AL-in qrup mərhələsində qol vura bilməmişik.  Bu, çox pis nəticədi. Bu uğursuzluğa Bakıda son qoymaq istəyirik. “Qarabağ”la oyun həlledici olacaq. Düzdü, “Qarabağ”a Kiyevdə məğlub olduq. Həmin qarşılaşma bizim üçün ev oyunu sayıla bilməz. Demək olar səfərdə oynadıq. Çalışacağıq ki, bu məğlubiyyətin əvəzini çıxaq”.

Xorvatiyalı futboçu “Qarabağ”ın “İnter” və “Sent-Etyen”dən zəif komanda olmadığını deyib:

"Çoxları düşünür ki, “Qarabağ” “Sent-Etyen” və “İnter” kimi güclü deyil. Əslində bizim üçün zəif rəqib sayılmalıdı. Amma hər kəs gördü ki, bu yanlış düşüncədi. “Qarabağ”da güclü legionerlər var. Oyundan öncə məğlub olmaq ehtimalımızı bilirdik. Onlar qol vurub müdafiəyə çəkildilər. Bizə öz oyunumuzu oynamağa imkan vermədilər və nəticədə 3 xalı qazandılar”.

Kaliniç “Qarabağ”ı hansısa kluba oxşatmaqda çətinlik çəkib:

“Qarabağ”ın hansı Ukrayna klubuna oxşadığını demək çətindi. Amma yaxşı oyun taktikası var. Tam fərqli futbol oynayırlar. Əmin olun ki, Azərbaycan klubu çox güclüdü”.


oxunma sayı: 317 | Paylaş:




?>