')

Bu gün:


FutbolPress.Az | Marko Roys uğrunda mübarizə

Marko Roys uğrunda mübarizə


oxunma sayı: 380 Paylaş:

FutbolPress"Borussiya" Dortmundla müqaviləsini yeniləməyə istəməyən Marko Roys uğrunda Avropa nəhənglərinin mübarizəsi qızışıb. 

Futbolçunu yaxından izləyən "Bavariya"ya İngiltərə nəhəngi "Mançester Siti" də rəqib olub. 

"Goal.com"un məlumatına görə, "şəhərlilər" artıq indidən Roysun transferi üçün lazım olan 25 milyon avronu hazırlayıb və yaxın zamanda Dortmund təmsilçisinə rəsmi təklif göndərməyə hazırlaşır. 

Marko Roys 2012-ci ilin yayından "Borussiya"da oynayır. Müqavilənin şərtlərinə əsasən yarımmüdafiəçini almaq istəyən klub Almaniya təmsilçisinə minimum 25 milyon avro ödəməlidi. 


oxunma sayı: 380 | Paylaş:




?>