')

Bu gün:


FutbolPress.Az | Avropa çempionu: "Heç kim məni Azərbaycan millisinə dəvət eləməyib"

Avropa çempionu: "Heç kim məni Azərbaycan millisinə dəvət eləməyib"


oxunma sayı: 756 Paylaş:

FutbolPress"Heç kim məni Azərbaycan millisinə dəvət eləməyib".

Bunu Rusiya "Zenit"inin gənclərdən ibarət komandasının azərbaycanlı üzvü Ramil Şeydayev deyib. 

Gənc hücumçu Azərbaycan millisinin ona biganə qaldığını söyləyib: 

"Əvvəl məni U-17 və U-19-a dəvət eləmişdilər. Amma mən həmin vaxt artıq Rusiya millisində oynayırdım. Əsas komandaya isə heç vaxt çağırılmamışam".

1996-cı ildə Sankt-Peterburqda doğulan Ramil Şeydayev "Zenit"in yetirməsidir.  2013-cü ildə isə o, klubla peşəkar müqavilə imzalayıb. Forvard ötən həftə Rusiya Premyer Liqasının "Zenit" - "Mordoviya"ya matçında (5:0) əsas komandada debüt edib.

2013-cü ildə isə Ramil Rusiya U-17 millisi ilə Avropa Çempionu olub. 


oxunma sayı: 756 | Paylaş:




?>