')

Bu gün:


FutbolPress.Az | Aqil Məmmədov: "Onlar bizə kömək edə bilməz" (MÜSAHİBƏ)

Aqil Məmmədov: "Onlar bizə kömək edə bilməz" (MÜSAHİBƏ)


oxunma sayı: 432 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının bu mövsümünə yaxşı başlayan, VI turun AZAL-la oyundan sonra ard-arda 5 dəfə uduzan "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov "FutbolPress.az"a müsahibə verdi. Gənc mütəxəssis məğlubiyyətlərin səbəblərindən, komandanın son durumundan və şanslarından danışdı. 

- Premyer Liqanın son turunda evdə "Xəzər Lənkəran"a məğlubiyyəti şərh edərdiniz...
- “Xəzər Lənkəran” çox çətin rəqibdi. IX turda “Qəbələ”yə məğlubiyyətdən sonra komandada psixoloji durum yerində deyildi. Həm də bəxtimiz gətirmədi. 

- Mövsümə yaxşı başlamışdınız. Amma VI turdan sonra komandada sanki bir eniş başladı. Bu nə ilə bağlıdı, fiziki durum yerində deyil, yoxsa...
- Eniş deməzdim.  Düzdü, ardıcıl 5 oyunda məğlub olmuşuq. Amma uduzduğumuz bütün oyunlarda rəqiblərdən zəif təsir bağışlamamışıq. Deyərdim ki, həm AZAL-a, həm “Neftçi”ə, hm də “Qəbələ”yə qarşı bərabər mübarizə aparmışıq. Düşünmürəm ki, komanda fiziki cəhətdən zəifdi. Sadəcə bəxtimiz gətirmədi. Həm də peşəkarlıq səviyyəsi yüksək deyil.

- Komandanın əsas problemləri hansı mövqedədi?
- Həm hücum xəttində, həm də müdafiədə problemlərimiz var.

- Yeni oyunçu almaq fikriniz varmı?
- Bəli. Bunu planlaşdırmışıq. Dekabrdan sonra dəyişikliklər olacaq. Komandaya yeni oyunçular cəlb olunacaq.

- Əvəzedicilərdən hansısa oyunçunu əsas komandaya dəvət etmək istəyirsinizmi?
- Əvəzedicilərin oyunlarını izləyirəm. Amma onlar hələ Premyer Liqa səviyyəsində deyil. Düşünürəm ki, onlar bizə kömək edə bilməz.

- Son nəticələrə görə klub prezidenti sizdən hesabat tələb eləyibmi?
- Əlbəttə. Hər oyundan sonra klub prezidenti ilə görüşürəm. Bütün suallara cavab tapmağa çalışırıq. Prezidentlə həm müdafiə, həm də hücum xəttinin gücləndirilməsi barədə də danışmışam. 

- “Sumqayıt”ın turnir cədvəlinin yuxarı pillələrinə qayıtmaq şansını necə dəyərləndirərdiniz?
- Bu mövsümdə əsas məqsədimiz ötənilkindən daha yaxşı çıxış etməkdi. Biz – həm oyunçular, həm məşqçilər korpusu, həm də rəhbərlik dərk edirik ki, nə qədər yaxşı nəticə qazansaq, bir o qədər yaxşıdı. Klub bununçün mübarizə aparır. 

- Növbəti oyunda “İnter”lə qarşılaşacaqsınız...
- “İnter” güclü komandadı. Çempionluq üçün mübarizə aparır. Biz oyunçularımızı matça yüksək səviyyədə hazırlaşdırmağa çalışacağıq. Çətin olacaq. Amma mübarizə aparım yaxşı nəticə qazanacağımıza ümid edirəm.


oxunma sayı: 432 | Paylaş:




?>