Yunis Hüseynov baş məşqçi ola bilər (EKSKLÜZİV)
Paylaş:
Hazırda "Xəzər Lənkəran"ın idman direktoru vəzifəsində çalışan Yunis Hüseynov "gəmiçilər"in baş məşçisi ola bilər.
"FutbolPress.az"ın məlumatlı mənbədən aldığı xəbərə görə, "Xəzər Lənkəran" qarşıdakı 3-4 turda uğursuz çıxış edərsə, başqa sözlə, iddialılar sırasına qatıla bilməsə, Oğuz Çətin postu yerli çalışdırıcıya təhvil verməli olacaq.
Bu, komandanın qış hazırlıq toplanışına yeni baş məşqçinin aparmasına hesablanmış addım kimi də sayıla bilər.
2013-cü ildən "Xəzər Lənkəran"da Mustafa Dənizlinin köməkçisi kimi çalışan Oğuz Çətin bu ilin iyununda "gəmiçilər"in sükanı arxasına gətirilib.
Türkiyəli mütəxəssisin rəhbərliyilə XL hazırda Azərbaycan Premyer Liqasında 10 turdan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb.
Yunis Hüseynov isə bu ilin sentyabrın 16-da "Xəzər Lənkəran"a idman direktoru təyin olunub. PRO kateqoriyalı mütəxəssis artıq bir dəfə - 2012-ci ildə cənubluları çalışdırıb.
| Paylaş: