"Real" Madrid Qaret Beyli satır?
Paylaş:
"Real" Madrid komandanın əsas üzvlərindən biri Qaret Beyllə yollarını ayıra bilər.
Britaniya KİV-lərinin məlumatına görə, qış transfer pəncərəsində ulesli oyunçu "Mançester Yunayted"ə keçə bilər.
"Qalaktikos" rəhbərliyi ötən yay "Tottenhem"dən 91 milyon avroya aldığı hücumameyilli yarımmüdafiçini satmaq niyyətindədi. Həmçinin "Kral klubu"nun italiyalı baş məşqçisi də Beylin mövqeyində İskonun daha effektli olduğunu düşünür və birincinin satılmasının əleyhinə deyil.
"Qırmızı şeytanlar" İspaniya təmsilçisinə futbolçuya görə, qış transfer pəncərəsində 90 milyon funt təklif etmək istəyir. Əgər razılaşma əldə olunarsa, mankunyanlar Qaret Beylə həftədə 300 min funt məvacib ayıracaq.
Cari mövsümdə yarımmüdafiçi La Liqada keçirtdiyi 7 oyunda 4 qol vurub, üç məhsuldar ötürmə edib.
| Paylaş: