')

Bu gün:


FutbolPress.Az | Almaniya millisinin üzvü "Mançester Yunayted"in "radar"ında

Almaniya millisinin üzvü "Mançester Yunayted"in "radar"ında


oxunma sayı: 339 Paylaş:

FutbolPress"Şalke"nin mərkəz müdafiəçisi Benedikt Hövedes "Mançester Yunayted"in "radar"ına düşüb.

"Goal.com"un məlumatına görə artıq ingilis klubunun skautları cari mövsüm Almaniya millisinin 26 yaşlı üzvünü bir neçə dəfə izləyib. 

"Qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qaal oyunçunu həm də sol cinağ müdafiəçi mövqeyində oynatmaq istəyir. 

"Mançester Yunayted" qış transfer pəncərəsində heyətinə qatmaq istədiyi oyunçuya görə, qarşı tərəfə 18 milyon avro təklif etmək niyyətindədi. Əgər bu təklif müsbət cavablanarsa, klub Hövedeslə 2017-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Müdafiəçi cari mövsüm Bundesliqada 5 oyun keçirib, bir qol vurub. 


oxunma sayı: 339 | Paylaş:




?>