')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın qələbə seriyası qırıldı

"Qarabağ"ın qələbə seriyası qırıldı


oxunma sayı: 246 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının cari mövsümündə 5 oyun ardıcıl qələbə qazanan “Qarabağ”ın bu seriyası X turun “İnter”lə matçında qırılıb.

Ağdam klubu “bankirlər”in müqavimətini qıra bilməyib və oyun 0:0 hesablı bərabərliklə yekunlaşıb.

“Qarabağ”ın cari mövsümdəki qələbə seriyası  Premyer Liqanın V turunda AZAL-la görüşdən başlayıb. Həmin matçda “atlılar” “təyyarəçilər”i 3 cavabsız qolla məğlub edib. Daha sonra Qurban Qurbanovun yetirmələri müvafiq olaraq “Simurq”u 1:0, “Neftçi”ni 1:3 və “Xəzər Lənkəran”ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda “Qarabağ” 18 xalla Premyer Liqanın vahid lideridi.


oxunma sayı: 246 | Paylaş:




?>