')

Bu gün:


FutbolPress.Az | Liderlər sülh bağladı, "Neftçi" qalib gəldi  (YENİLƏNİB)

Liderlər sülh bağladı, "Neftçi" qalib gəldi (YENİLƏNİB)


oxunma sayı: 682 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında II dövrə başlayıb.

X turun bütün görüşləri eyni gündə keçirilib.

Dövrə “Araz Naxçıvan” - “Qəbələ” və “Bakı” - “Neftçi” matçları start götürüb. Naxçıvandakı oyun qonaqların minimal hesablı qələbəsilə bitib - 0:1. Paytaxt derbisini isə "ağ-qaralar" qazanıb - 1:3.


“Xəzər Lənkəran” gözlənilmədən evində uduzduğu “Sumqayıt”la üz-üzə gəlib. Ardıcıl 4 məğlubiyyət alan ev sahibləri yenə medanı xalsız tərk edib. "Gəmiçilə" isə ilk səfər qələbəsinə sevinib - 1:2. 

Son turda uduzduqdan sonra mövqeyini xeyli pisləşdirən AZAL doğma publika önündə “Simurq”la münasibətlərinə aydınlıq gətirib. Matçda qapılara 4 qol vurulub. Yekunda isə 2:2 hesablı bərabərlik qeydə alınıb. 

Turun mərkəzi oyunu “İnter Arena”da keçirilib. “İnter” lider “Qarabağ”ı qəbul edib. Meydan sahibləri ötən tur əldən verdikləri birinciliyi bərpa etməyə çalışıb. 
Qonaqlar isə həm ardıcıl 6-cı qələbəsini qazanmaq, həm də liderliyini möhkəmləndirmək niyyətində olub. Amma rəqiblərdən heç biri istəyinə nail ola bilməyib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyun 0:0 hesablı bərabərliklə bitib. 


Topaz Premyer Liqası. X tur
29 oktyabr (çərşənbə)
 
14:00. “Araz Naxçıvan” – “Qəbələ” - 0:1
Qol: Pavol Farkaş, 21 (0:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu

“Araz Naxçıvan”: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov, 8. Elmin Çobanov, 11. Sergey Selyuk, 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov,21. David Janelidze 
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 5. Cavid Həsənov, 15. Ruslan Nəsirli, 19. Tərlan Xəlilov, 24. Azər Məmmədov, 44. Saşa Yunisoğlu 

“Qəbələ”: 1. Kamran Ağayev (k), 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 4. Elvin Camalov, 8. Vidal Kunya Markus, 9. Viktor Mendi, 11. Andrei Kristea, 12. Aleksandru Benqa


14:00. “Bakı” – “Neftçi” - 1:3
Qollar: Julius Vobay, 38 (0:1), Nurlan Novruzov, 55 (1:1), Araz Abdullayev, 62 (1:2), Kaue Da Silva, 82 (1:3)
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov
Əlavə köməkçilər: İnqilab Məmmədov, Ömər Paşayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
“Bakı”: 1. Aqil Məmmədov, 21. Elşad Manafov, 22. Risto Ristoviç, 18. Əziz Quliyev, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov, 85. Jaba, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 45. Mahir Mədətov, 15. Azad Kərimov, 55. Aydın Mustafazadə


“Neftçi”: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor

Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 8. Elşən Abdullayev, 9. Flavinyo, 18. Kaue da Silva, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov 


16:00. “Sumqayıt” – “Xəzər Lənkəran” - 1:2
Qollar: Qabriel Fernando, 26 (0:1), Məhəmməd Qurbanov, 42 (1:1), Alfred Sanko, 67 (1:2)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev
“Kapital Bank Arena”

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 11. Rauf Əliyev, 13. Aleksandr Şemonayev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 28. Fernando Qabriel, 63. Alfred Sankoh
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 3. Vanderson Skarduelli, 10. Elnur Abdullayev, 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski 

“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 11. Kiyan Sultanpur, 45. Murad Ağayev, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev, 92 Bəxtiyar Həsənalızadə


17:00. AZAL – “Simurq” - 2:2 
Qollar: Samir Zərgərov, 15 (0:1), Rəşad Abdullayev, 56-pen (1:1), Eduardo Makiel, 79 (2:1), Əli Gökdəmir, 90+1 (2:2)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli
“AZAL Arena”

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 11. Con Kordoba, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev, 7. Təmkin Xəlilzadə, 17. Viktor  İqbekoyi, 10. Tomi Kostadinov

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 17., Rüstəm Məmmədov, 18. Tural Axundov, 20. İdan Vaytsman, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 9. Lukas Tresnak, 13. Əli Gökdemir, 16. Məhərrəm Hüseynov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov



18:00. “İnter” – “Qarabağ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov
“İnter Arena”
 
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsıyev, 11. Asif Məmmədov, 12. Franka Nildo, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 4. İvan Benitez, 6. Slavco Georgiyevski, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 80. Nizami Hacıyev, 91. Coşqun Diniyev

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 8. İnnosent Emeqara, 18. İlqar Qurbanov, 41. Leroy Corc, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Turnir cədvəli
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 9 5 3 1 14-8 18
2 İnter 10 4 5 1 20-4 17
3 Neftçi 9 5 2 2 9-8 17
4 Qəbələ 10 5 2 3 11-11 17
5 Simurq 10 4 2 4 15-10 14
6 Xəzər Lənkəran 10 4 2 4 13-10 14
7 Sumqayıt 10 4 0 6 12-16 12
8 Bakı 10 3 1 6 8-22 10
9 AZAL 9 2 4 3 9-13 10
10 Araz Naxçıvan 9 1 1 7 7-16 4

Bombardirlər: 

Rəşad Eyyubov ("Simurq") - 6 qol   
Mikel Alvaro (“İnter”) - 5 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol
Nurlan Novruzov ("Bakı") - 5 qol 
Cavid Hüseynov ("Qəbələ") - 4 qol


oxunma sayı: 682 | Paylaş:




?>