')

Bu gün:


FutbolPress.Az | İtaliya A seriyasında IX tur yekunlaşdı  (TURNİR CƏDVƏLİ)

İtaliya A seriyasında IX tur yekunlaşdı (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 499 Paylaş:

FutbolPressİtaliya A Seriyasında IX tura yekun vurulub. Tur 3 gün davam edib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. “Sassuolo” doğma meydanda “Empoli”ni qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Bugün daha 8 qarşılaşma keçirilib. Turnir cədvəlinin lideri “Yuventus” səfərdə “Cenoa” ilə qarşılaşıb və gözlənilmədən məğlub olub - 1:0. İkinci yerdə qərarlaşan “Roma” isə “Çezena”nı sınağa çəkib və çətinlik çəkmədən qalib gəlib - 2:0.

Turun mərkəzi qarşılaşması Florensiyada oynanılıb. “Fiorentina” “Udineze ilə qarşılaşıb. Görüşdən meydan sahibləri qalib ayrılıb - 3:0. Filippo İnzaqinin başçılıq etdiyi “Milan” isə “Kalyari”nin qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə bitib.

Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə Milana yönəlib. Burada “Qarabağ”ın AL-in qrup mərhələsindəki rəqibi “İnter” turnir cədvəlinin 4-cüsü “Sampdoriya”nı sınağa çəkib. Son 5 turda cəmi 1 qələbə qazanan Valter Massarinin yetirmələri bu matçda son dəqiqədə İkardinin penaltidən vurduğu qolla 3 xal qazanıb - 1:0.

Seria A-da IX tura “Verona” – “Latsio” qarşılaşması ilə yekun vurulub. Komandalar meydanı hərəyə bir xal və bir qolla ayrılıblar - 1:1.

İtaliya A seriyası. IX tur
28 oktyabr

“Sassuolo” – “Empoli” - 3:1
Qollar: Kroce, 18 (0:1), Missiroli, 56 (1:1), Flokkari, 61 (2:1), Berardi, 73 (3:1)
 

29 oktyabr

23:45 “Roma” – “Çezena” - 1:0
Qol: Destro, 8 (1:0), De Rossi, 81 (2:0)

23:45 “Atalanta” – “Napoli” - 1:1
Qollar: Denis, 57 (1:0), İquain, 86 (1:1)
Qırmızı vərəqə: Kiqarini, 83 ("Atalanta")

23:45 “Kalyari” – “Milan” - 1:1
Qollar: İbarbo, 24 (1:0), Bonaventura, 34
 
23:45 “Fiorentina” – “Udineze” - 3:0
Qollar: Babakar, 44 (1:0), 70 (2:0), Valero, 80 (3:0)

23:45 “Cenoa” – “Yuventus” - 1:0
Qol: Antonini, 90+4 (1:0)

23:45 “İnter” – “Sampdoriya” - 1:0
Qol: İkardi, 90-pen (1:0)

23:45 “Palermo” – “Kyevo” - 1:0
Qol: Rogini,81 (1:0), 

23:45 “Torino” – “Parma” - 1:0
Qol: Darmain, 10 (1:0)
Qırmızı vərəqə: Kordoz, 75 ("Torino")


30 oktyabr
23:45 “Verona” – “Latsio” - 1:1
Qol: Senad Luliç, 43 (0:1), 
Toni, 68-pen (1:1)
Qırmızı vərəqə: Kavandi, 68 ("Latsio")

Turnir cədvəli
 

N Komanda O Q H M T-F Xal
1.  Roma 9 7 1 1 16:4 22
2. Yuventus 9 7 1 1 16:4 22
3.  Milan 9 4 4 1 18:12 16
4. Sampdoriya 9 4 4 1 9:5 16
6. Lazsio 9 5 1 3 16:9 16
5. Udineze 9 5 1 3 11:9 16
7. Napoli 9 4 3 2 17:12 15
8. İnter 9 4 3 2 15:10 15
9. Cenoa 9 4 3 2 10:8 15
10. Fiorentina 9 3 4 2 9:6 13
12. Verona 9 3 3 3 10:15 12
11. Torino 9 3 2 4 7:9 11
13. Sassuolo 9 2 4 3 10:15 10
14. Kalyari 9 2 3 4 14:12 9
15. Palermo 9 2 3 4 9:17 9
16. Atalanta 9 2 2 5 4:11 8
17. Empoli 9 1 4 4 10:16 7
18. Çezena 9 1 3 5 6:15 6
19. Kiyevo 9 1 1 7 6:15 4
20. Parma 9 1 0 8 12:21 3


oxunma sayı: 499 | Paylaş:




?>