')

Bu gün:


FutbolPress.Az | İngiltərə Premyer Liqasında IX tur bitdi  (TURNİR CƏDVƏLİ)

İngiltərə Premyer Liqasında IX tur bitdi (TURNİR CƏDVƏLİ)


oxunma sayı: 669 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasında IX tura yekun vurulub.

İlk matç günündə 6 qarşılaşma keçirilib. “Mançester Siti” səfərdə “Vest Hem”in qonağı olub. Oyun gözlənilmədən Manuel Pelleqrininin yetirmələrinin məğlubiyyətilə bitib - 2:1. “Liverpul” “Hall Siti” ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.  “Sautqempton” - “Stok Siti” matçı isə meydan sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0. "Arsenal" isə səfərdə "Sanderlendi" yenib - 0:2.

Sonrakı gün daha üç qarşılaşma keçirilib. "Nyukasl" səfərdə "Tottenhem"i məğlub edib - 1:2. "Börnli" isə evdə "Everton"a uduzub - 1:3. 

Günün son oyunu həm də turun mərkəzi qarşılaşması olub. "Mançester Yunayted" doğma meydanda "Çelsi"ini qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə bitib.

IX tura bugün yekun vurulub. Həftənin son matçında KPR "Aston Villa" ilə qarşılaşıb və qələbə qazanıb - 2:0.


İngiltərə Premyer Liqası. IX tur
26 oktyabr

17:30 “Bernli – Everton” - 1:3
Qollar: Eto`o, 4 (0:1), 85 (1:3), İngz, 20 (1:1), Lukaku, 29 (1:2)

17:30 “Tottenhem” – “Nyukasl” - 1:2
Qollar: Adebayor, 19 (1:0), Ameobi, 46 (1:1), Perez, 58 (1:2)

20:00 “Mançester Yunayted” – “Çelsi” - 1:1
Qollar: Didye Droqba, 53 (0:1), Robin van Persi, 90+3 (1:1)


25 oktyabr

“Vest Hem” – “Mançester Siti” - 2:1
Qollar: Amalfitano, 21, Sako, 75 – Silva, 78

“Liverpul” – “Hall Siti” - 0:0

“Sautqempton” – “Stok Siti” - 1:0
Qol: Mane, 33

“Sanderlend” – “Arsenal” - 0:2
Qollar: Sançes, 30, 90+2

“Vest Bromviç” – “Kristal Pelas” - 2:2
Qollar: Aniçhebe, 51 - Hanqeland, 16, Jedinak, 45+1-pen, Berahino, 90+3

“Suonsi” – "Lester” - 2:0
Qollar: Boni, 34, 57


27 oktyabr
00:00 KPR – “Aston Villa” - 2:0
Qol: Çarli Austin, 17 (1:0), 69 (2:0)

Turnir cədvəli


N Komanda O Q H M T-F  Xal
1. Çelsi 9 7 2 0 24:9 23
2. Southempton 9 6 1 2 20:5 19
3. Mançester Siti 9 5 2 2 19:10 17
4. Vest Hem 9 5 1 3 17:12 16
5. Arsenal 9 3 5 1 15:11 14
6. Suonsi 9 4 2 3 13:10 14
7. Liverpul 9 4 2 3 13:12 14
8. Mançester Yunayted 9 3 4 2 16:13 13
9. Everton 9 3 3 3 19:17 12
10. Hall Siti 9 2 5 2 13:13 11
11. Tottenhem 9 3 2 4 11:13 11
12. Stok Siti 9 3 2 4 8:10 11
13. Vest Bromviç 9 2 4 3 12:13 10
14. Nyukasl 9 2 4 3 10:15 10
15. Aston Villa 8 3 1 4 4:12 10
16. Kristal Palas 9 2 3 4 13:16 9
17. Leyçester 9 2 3 4 11:15 9
18. Sanderland 9 1 5 3 8:17 8
19. KPR 9 2 1 6 8:18 7
20 Börni 9 0 4 5 5:16 4


oxunma sayı: 669 | Paylaş:




?>