')

Bu gün:


FutbolPress.Az | Bir milyardlıq "El-Klasiko" (YAZI)

Bir milyardlıq "El-Klasiko" (YAZI)


oxunma sayı: 1326 Paylaş:

FutbolPressSabah İspaniya La Liqasında cari mövsümün ilk “El Klasiko”su keçiriləcək. Bütün diqqətləri özündə cəlb edəcək görüşün iqtisadi tərəflərini araşdırdıq:

Ötən mövsümdəki qazancları və xərcləri

“Real” Madridin ötən mövsümdəki qazancı klub tarixində rekord – 603,9 milyon avro olub. Bu isə ötənilkindən 10,9% çoxdur. Qazancın 38,5 milyon avrosu xalis mənfəətdir.

“Real” 2008 - 2014-cü illərdə transferlərə ən çox pul xərcləyən klubdu – 750 milyon avro. Bu il isə “Kral klubu” yeni oyunçular üçün 117,5 milyon avro xərcləyib.
 

Oyunçu Mövqeyi Əvvəlki klubu Qiymət (mln avro)
Xames Rodriqes Yarımmüdafiəçi  “Monako” 80
Toni Kroos “Bavariya” 20
Keylor Navas Qapıçı “Levante” 10
Xavyer Hernandes Hücumçu “Mançester Yunayted” 2,5 (illik icarə)
Bonus xərcləri – 5 milyon avro
Ümumi xərc – 117,5  milyon avro
 

Buna baxmayaraq “Real” oyunçu satışından 114 milyon avro gəlir əldə edib.
 

Oyunçu Mövqeyi Keçdiyi klub Qiymət (mln avro)
Anhe Di Mariya Yarımmüdafiəçi “Mançester Yunayted” 75
Alvaro Morata Hücumçu “Yuventus” 20
Xabi Alonso Yarımmüdafiəçi
 
“Bavariya” 10
Nuri Şahin “Borussiya” Dortmund 7
Kazemir “Porto” 1,5 (illik icarə)
Xesus Qapıçı “Levante” 0,5
Ümumi qazanc – 114 milyon avro
 
Beləliklə, “transfermarkt.de”nin məlumatına görə, “Real”ın oyunçularını son satış qiyməti hazırda 673 milyon avro təşkil edir.

 
“Barselona” isə ötən mövsüm 41-i xalis mənfəət olmaqla 530 milyon avro qazanıb.
 
“Blauqrana” da yay transfer pəncərəsində 157 milyon avro xərcləməklə klub tarixinin rekordunu reallaşdırıb.
 

Oyunçu Mövqeyi Əvvəlki klubu Qiymət (mln avro)
Luis Suares Hücumçu  “Liverpul” 81,12
Jeremi Matye Müdafiəçi “Valensiya” 20
İvan Rakitiç Yarımmüdafiəçi “Sevilya” 18
Klaudio Bravo Qapıçı “Real Sosyedad” 12
Tomas Vermalen Müdafiəçi “Arsenal” 10
Ter Şteqen Qapıçı “Borussiya” M 10
Bonus xərcləri – 6 milyon avro
Ümumi xərc – 157  milyon avro
 
Katalonlar oyunçuların satışından 79 miyon avro xeyir götürüb.
 

Oyunçu Mövqeyi Keçdiyi klub Qiymət (mln avro)
Aleksis Sançes Hücumçu “”Arsenal” 42,5
Fransesk Fabregas Yarımmüdafiəçi “Çelsi” 33
Boyan Krkiç “Stik Siti” 1,8
Dos Santos “Vilyarreal” 1,5
Xesus Qapıçı “Levante” 0,5
Ümumi qazanc – 79,3 milyon avro
 
 “Transfermarkt.de” “Barselona”nın oyunçularının ümumi qiymətinin 611 milyon avro olduğunu bildirir.
 
1 milyard avroluq start heyət
 
“Real” Madrid üçün əsas “iqtisadi itki” qiyməti 80 milyon avro olan Qaret Beyldi. Uelsli yarımmüdafiəçi zədə səbəbindən oyunu buraxacaq. Həmçinin eyni səbəbdən “Kral klubu”nun son matçlarını buraxan Serxi Ramosun (qiyməti 45 milyon avro) da matçda iştirakı sual altındadır.
 
Karlo Ançelotti “El Klasiko”ya ümumi qiyməti 451 milyon avro heyət buraxa bilər:

 
“Barselona”da isə vəziyyət əksinədi. Katalonarın düşərgəsinə qiyməti 60 milyon avroya düşən Luis Suares qayıdıb. Çox güman ki, Luis Enrike ona ilk “11-lik”də şans verəcək.
 
“Blauqrana”nın ehtimal olunan heyətinin qiyməti isə 460 milyon avrodu:


 
 
"El Klasiko"ya bilet almısan?

“El Klasiko”nun biletləri oktyabrın 16-dan satışdadır. İlk olaraq 12 min bilet satışa çıxarılıb və 20 dəqiqə ərində hamısı satılıb. Cümə axşamına kimi isə bütün 85 min biletin 96%-i alınıb.

 Hələ də sözügedən görüşü izləmək arzusunda olanlar üçün iki xəbərimiz var: pis və yaxşı. Pis xəbər odur ki, qalan 4% biletin bir qismi ayın 20-si satışa çıxarılıb. Çox güman ki, həmin biletlərin də hamısı satılıb. Yaxşı xəbər isə oyunun başlamasına saatlar qalmış ən sonuncu biletlərin satışa çıxarılmasıdır.

“El Klasiko”ya ən ucuz bilet 56 avrodur (daha doğrusu – olub). Ən bahalı bilet isə 272 avroya satılıb. Biletlərin çox cüzi miqdarı “qara bazar”a daxil olub. Bu biletlərdən almaq istəyənlər (əgər qalıbsa) 300-1000 avro xərcləməli olacaq.


oxunma sayı: 1326 | Paylaş:




?>