UEFA-dan Albaniya millisinə ağır cəza
Paylaş:
UEFA AVRO-2016-nın seçmə mərhələsinin III turunun Serbiya – Albaniya matçı ilə bağlı son qərarını açıqlayıb.
Qitənin ali futbol qurumunun nümayəndələri hər iki millinin nümayəndələrini dinləyib.
Sonra matçda baş verən hadisələrə uyğun qərar qəbul edilib. Albaniya millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. 3 xal Serbiyanın aktivinə yazılıb. Bundan başqa hər iki yığma 100 min avro cərimə olunub.
Oktyabrın 14-də keçirilən sözügedən matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.
| Paylaş: