"Liverpul" Balotellini satmağa hazırlaşır
Paylaş:
"Liverpul" bu yay "Milan"dan transfer etdiyi hücumçusu Mario Balotellini satmağa hazırlaşır.
"The Telegraph"ın məlumatına görə, artıq "qırmızılar"ın rəhbərliyi Brendan Rocersin sisteminə uyğunlaşmayan italiyalı forvardla yollarını ayırmaq istəyir.
Komandanın çalışdırıcısı özü bu xəbərlərə şərh verməsə də, rəhbərlik qış transfer pəncərəsində "Super Mario"nu satıb müdafiəçi almaq niyyətindədir.
İki aydır Mersisayd komandasında oynayan Balotelli hələ qol vur bilməyib.
| Paylaş: