Serbiya və Albaniyanın taleyi bugün həll olunacaq
Paylaş:
UEFA-nın nəzarət-intizam instansiyası AVRO-2016-nın seçmə mərhələsinin III turunda yarımçıq dayandırılan Serbiya – Albaniya matçı ilə bağlı son qərarı bugün verəcək.
Ali futbol qurumunun nümayəndələri əvvəlcə hər iki tərəfi dinləyəcək və daha sonra qərar qəbul edəcək.
Oktyabrın 14-də keçirilən sözügedən matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.
| Paylaş: