')

Bu gün:


FutbolPress.Az | FIFA reytinqi: Azәrbaycan millisi 31 pillә gerilәdi

FIFA reytinqi: Azәrbaycan millisi 31 pillә gerilәdi


oxunma sayı: 329 Paylaş:

FutbolPressFIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Yeni reytinqdə Azərbaycan millisi 31 pillə geriləyib.

AVRO-2016-nın seçmə mərhələsində İtaliyaya 2:1, Xorvatiyaya isə 6:0 hesabı ilə uduzan komanda 126-cı pillədə qərarlaşıb.

Yığmanın AVRO-2016-dakı rəqiblərindәn ən yaxşı göstərici yenə də İtaliyaya məxsusdur. "Skuadro Adzuro" iki pillə irəliləyərək 11-ci yerə yüksəlib.

Digər rəqib Xorvatiya isə 5 pillə irəliləyərək 14-cü olub. Norveç (+8) 68-ci, Bolqarıstan (-13) 59-cu və Malta isə (-1) 156-cı pillədə qərarlaşıb.

Siyahıya DÇ-2014-ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.


oxunma sayı: 329 | Paylaş:





?>