')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" tarix yazdı  (YENİLƏNİB)

"Qarabağ" tarix yazdı (YENİLƏNİB)


oxunma sayı: 282 Paylaş:

FutbolPressBu gün AL-in qrup mərhələsində III turun növbəti oyunları keçirilib. 

Turnirdəki yeganə təmsilçisi "Qarabağ" da növbəti matçına çıxıb.

Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırırdı.

Qarşılaşma "köhlәn atlar"ın 0:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qurban Qurbanovun komandası Kiyevdəki zəfərlə Azərbaycan futbolunda yeni tarix yazıb. Daha əvvəl - 2012/13 mövsümündə digər komandamız “Neftçi” AL-in qrup mərhələsinə yüksəlsə də, qrupda qələbə qazana bilməmişdi. “Qarabağ” isə Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu oldu.

 
Avropa Liqası. lll tur
23 oktyabr


00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1 

Qol:
 Muarem Muarem, 21 (0:1)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır) 
Kiyev. "Olimpiyski" stadionu. 



S Komandalar O Q H M T-F Xal
1. İnter 3 2 1 0 3:0 7
2. Qarabağ 3 1 1 1 1:2 4
3. Sent Etyen 3 0 3 0 0:0 3
4. Dnepr 3 0 1 2 0:2 1


oxunma sayı: 282 | Paylaş:




?>