')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "Bakıya yaxşı nəticə ilə dönməyə çalışacağıq"

Qurban Qurbanov: "Bakıya yaxşı nəticə ilə dönməyə çalışacağıq"


oxunma sayı: 391 Paylaş:

FutbolPress"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AL-in III turunda "Dnepr"ə qarşı oyun öncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis rəqibin yaxşı komanda olduğunu vurğulayıb:

"Sabah bizi çətin matç gözləyir. Rəqibimiz həqiqətən yaxşı oyun nümayiş etdirir. Komandada zədəli futbolçular olsa da, biz bunu düşünməli deyilik. Oyuna diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var".

Qurban Qurbanov  Bakıya uğurlu nəticə ilə dönməyə çalışacaqlarını deyib:

"Bilirik ki, "Dnepr" də meydana qələbə üçün çıxacaq. Bizim üçün bu matç böyük təcrübə olacaq.  Baxımlı futbol sərgiləyərək Bakıya yaxşı nəticə ilə dönməyə çalışacağıq"


oxunma sayı: 391 | Paylaş:




?>