"Dnepr"in baş məşqçisi: "Qarabağ"la oyunlar həlledici olacaq"
Paylaş:
“Hələ “Qarabağ”a qarşı hansı heyəti cıxaracağımı dəqiq bilmirəm”.
Bunu AL-in qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.
Təcrübəli mütəxəssis sabah “atlılar”la oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Yevgeni Seleznyov son matçlarda qollar vururdu. Nikola Kaliniç isə yaxşı formadadır. Hələ fikirləşmək lazımdır. “Qarabağ” “Sent-Etyen”lə oyunda kifayət qədər yaxşı oynadı. Çoxlu qol şanslarını qaçırtdı. Rəqib hücumda yaxşı oynayır. Lakin istənilən komandanın zəif cəhəti olur. Biz də bundan istifadə etməyə çalışacağıq. Baxarıq, görək bu, necə alınacaq. "Qarabağ"a qarşı oyunlar həlledici olacaq”.
“Dnepr” – “Qarabağ” oyunu sabah Kiyevin “Olimpiya” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
| Paylaş: