')

Bu gün:


FutbolPress.Az | "Bakılı"nın prezidenti baş məşqçiyə sillə vurub

"Bakılı"nın prezidenti baş məşqçiyə sillə vurub


oxunma sayı: 270 Paylaş:

FutbolPressAzərbaycan I Divizion təmsilçisi "Bakılı"nın düşərgəsində ilginc hadisə baş verib.

"FutbolPress.az"ın məlumatına görə, komanda üzvlərinin maaşı artıq 3 aydan çoxdur ki, ödənilmir.

I Divizionun 7-ci turunda "Şəmkir"ə qalib gələn paytaxt təmsilçisinin baş məşqçisi Asəf Namazov oyundan sonra rəhbərlikdən maaşların verilməsini tələb edib.

Amma rəhbərliyin buna reaksiyası pis olub. Qalmaqalları ilə məşhur olan klub prezidenti Misir Əbilov bütün kollektiv qarşısında Asəf Namazova sillə vurub.

Bundan sonra Asif Namazov istefa verib.


oxunma sayı: 270 | Paylaş:




?>