')

Bu gün:


FutbolPress.Az | "Çox güc itirə bilməzdik"

"Çox güc itirə bilməzdik"


oxunma sayı: 86 Paylaş:

FutbolPress“Oyuna yaxşı hazırlaşmışdıq. Kubok oyunlarında ani epizodlar çox şeyi həll edir. Biz qol vurmalı idik. Çünki oyunun əlavə vaxta getməsi bizə sərf etmirdi".

Bunu "Qaradağ Lökbatan"ın baş məşqçisi Adil Mahmudov Azərbaycan kubokunun 1/16 finalında qalib gəldikləri "Zirə" ilə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

A. Mahmudov bu oyunda çox güc itirməməli olduqlarını bildirib: "Qarşıda çətin oyunlarımız var. Çox güc itirə bilməzdik. Komandamın üzvlərini təbrik edirəm. Komandamız yarandığı gündən bu yana çempionluq uğrunda mübarizə aparıb. Biz kubokda güclü rəqiblərlə üz-üzə gəlirik. “Neftçi” ilə görüşəcəyimizə görə şadam. Belə oyunlar bizim üçün təcrübə baxımından çox vacibdir”.

"Qaradağ Lökbatan" klubu 1/8 finalda "Neftçi" ilə qarşılaşacaq.


oxunma sayı: 86 | Paylaş:




?>