')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın sabiq oyunçusu: "Onlar AL-ə təsadüfən düşməyiblər"

"Qarabağ"ın sabiq oyunçusu: "Onlar AL-ə təsadüfən düşməyiblər"


oxunma sayı: 214 Paylaş:

FutbolPressSabah AL-in qrup mərhələsinin III turunda “Qarabağ” səfərdə “Dnepr”lə qarşılaşacaq.

2004/05 mövsümündə "Qarabağ"ın şərəfini qorumuş, hazırda isə karyerasını "Dnepr"də davam etdirən Sergey Kravçenko yerli mətbuata sabahkı oyun haqda danışıb.


- Sergey, bir neçə il öncə "Qarabağ"da oynamısan. Azərbaycan klubu haqda nə deyə bilərsən?
- Bəli, 9 il öncə "Qarabağ"da oynamışam. Amma o vaxtın komandası ilə, indikinin arasında çox böyük fərq var. İndiki “Qarabağ” daha üstün və səviyyəlidi. Hazırda orada 3-4 nəfər braziliyalı oynayır. Buna görə də, inanmıram ki, o komandada Azərbaycan futbolundan əsər-əlamət qalsın. Biz rəqibi hələ tam olaraq araşdırmamışıq. Bu gün və sabah bu işlə məşğul olacağıq. Düşünürəm ki, baş məşqçi bizə onlara qarşı oynamağı öyrədəcək.

- Sizcə rəqibdə cənub komandalara xas olan oyun üslubu varmı?
- Bunu demək çətindi. Orada cəmi 5 ay oynamışam. Azərbaycan klubları daha çox topla oynamağı sevirlər. Onlar topsuz oynaya bilmirlər. Yəqin ki, sıx oyun onların xoşuna gəlmir. Bu təkcə Azərbaycan futboluna aid deyil, cənub komandaların çoxu belədi. Yəqin “Qarabağ” da indi daha çox topa yiyələnir.

- “Qarabağ” öz meydanında daha təhlükəli oynayır, səfər matçlarında isə elə də aqressiv futbol nümayiş etdirmir. Sən bu fikirlə razısan?
- Bəli, mən onların “Sent Etyen”lə matçını izləmişəm. Onlar fransızlardan üstün idilər. Çoxlu qol şansları oldu, sadəcə bunlardan yararlana bilmədi. Onu da deyim ki, onlar AL-ə təsadüfən düşməyib. Bu komandanın məqsədləri var. Bundan əlavə “Tvente”ni adlayan komandaya yuxarıdan aşağı baxmaq olmaz. Düşünürəm ki, oyun asan olmayacaq. Amma qələbə qazanmağa çalışacağıq.


oxunma sayı: 214 | Paylaş:




?>