')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" ilk qol, ilk səfər xalı və 20-ci qələbə arxasınca

"Qarabağ" ilk qol, ilk səfər xalı və 20-ci qələbə arxasınca


oxunma sayı: 404 Paylaş:

FutbolPressSabah AL-in qrup mərhələsində III tura start veriləcək.

Qitənin ikinci dərəcəli klub turnirindəki yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq. Son ölkə çempionu Ukraynada “Dnepr”in qonağı olacaq.

Oyun Ukraynadakı qeyri-sabit siyasi vəziyyətlə əlaqədar Dnepropetrovskda yox, Kiyevdə keçiriləcək.

Bu görüş Azərbaycan təmsilçilərinin Ukrayna komandalarına qarşı ikinci dueli olacaq. Bundan öncə “Şəmkir” UEFA Kubokunun 1999/2000-ci illər mövsümündə “Krivbass”la qarşılaşıb və iki oyunun nəticəsinə görə 0:5 hesabı ilə uduzub (0:2, 0:3).

Komandalar yer aldığı F qrupunun autsayderləridi. Nə “Dnepr”, nə də “Qarabağ” əvvəlki iki matçda qələbə qazana bilməyib. Hər iki klub eyni – 1 xala sahib olmaqla yanaşı, rəqib qapılarına da qol vurmayıb. Bu isə qarşılaşmanın gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini vəd edir.

Əgər “Qarabağ” bu görüşdə qələbə qazanarsa, “atlılar” qrupda son pillədən qurtulacaq.  Ağdam təmsilçisi Kiyevə həmçinin mövsümün ilk qolunu vurmağa, ilk səfər xalı və ümumilikdə isə 20-ci qələbəsini qazanmağa gedib.


Faktlar və əlaqələr:

- “Dnepr”in xavbeki Sergey Kravçenko 2005/06 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. Həmin ildə Ağdam klubu çempionatda 5-ci yer tutub və ölkə kubokunu qazanıb.
- “Dnepr”in yarmmüdfiəçiləri gürcüsüstanlı Djaba Kankava və xorvatiyalı Mladen Bartuloviç “Krivbass”da oynadığı zaman hazırda “Qarabağ”ın şərəfini qoruyan Ansi Aqollinin komanda yoldaşları olub.
- “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem “Dnepr”lə oyundan bir gün öncə 26 yaşını qeyd edir.
- II turda “İnter”ə qarşı oyun (2:0) “Qarabağ”ın avrokuboklardakı 50-ci görüşü olub. Bu görüşlərdə Azərbaycan təmsilçisi 19 dəfə qələbə qazanıb, eyni sayda məğlub olub. 12 dəfə isə meydanı sülhlə tərk edib.

Avropa Liqasının qrup mrhələsi. III tur
23 oktyabr

F qrupu

00:05. “Dnepr” (Ukrayna) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Libor Kovarjik
Baş hakimin köməkçiləri: Kristof Menkl, Yan Patak
Əlavə hakim köməkçiləri: Radek Priqoda, Yan Jilek
Dördüncü hakim: Petr Blaje (hamısı Çexiya)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Stefan Ormanciyev (Bolqarıstan)
Kiyev. Olimpiya Milli İdman Kompleksinin stadionu


N Komanda O Q H M T-F Xal
1 İnter 2 2 0 0 3-0 6
2 Sent-Etyen 2 0 2 0 0-0 2
3 Dnepr 2 0 1 1 0-1 1
4 Qarabağ 2 0 1 1 0-2 1


oxunma sayı: 404 | Paylaş:




?>