')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Vilnüsə gedir

"Qəbələ" Vilnüsə gedir


oxunma sayı: 175 Paylaş:

FutbolPress“Qəbələ” Futbol  Akademiyası  mövsümün  ilk  səfərinə hazırlaşır.

Klub saytının məlumatına görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komanda oktyabrın 23-dən 26-dək Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək.

Məqsəd komandanın  hazırlıq  səviyyəsini  daha  da yaxşılaşdırmaqdır. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın 22-də yola düşüb. Turnirin mükafatı uğrunda “Qəbələ”  ilə yanaşı daha 11 komanda da mübarizə aparacaq.

Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk” (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona”  Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq,  Rusiya), “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.

“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq.

“Ateitis Cup” turniri müxtəlif yaş qrupları arasında olmaqla hər il  keçirilir. Litvaya yollanacaq qrupa akademiyamızın baş məşqçisi Halim  Fıçıcı, komandanın baş məşqçisi Mehman Yunusov, qapıçı  məşqçisi  Sahil Kərimov, eləcə də 20 nəfərlik futbolçu heyəti daxildir: Fərman Bayramov, Sərxan Osmanov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal  Məsimov, Təbriz İsazadə, Arsen Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov, Eldost Qiyasbəyli, Fərid  Quliyev, Məhəmməd Abbaslı, Qabil Sabirli, Kamran Quliyev, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov. 


oxunma sayı: 175 | Paylaş:




?>