')

Bu gün:


FutbolPress.Az | "Bu faciə mənim günahımdı"

"Bu faciə mənim günahımdı"


oxunma sayı: 278 Paylaş:

FutbolPress"Bu faciə mənim günahımdı. Biz "Bavariya"ya açıq və aqressiv futbol oynamağa imkan verdik. İlk hisədə seçdiyim taktika səhv oldu və bu, bizə baha başa gəldi".

Bunu ÇL-in III turunda "Bavariya"ya 1:7 hesabı ilə uduzan "Roma"nın baş məşqçisi Rudi Qarsia deyib.

Təcrübəli mütəxəssis biabırçı məğlubiyyətə görə bütün günahı öz üzərinə götürüb:

"Oyunçuların heç bir təqsiri yoxdu. Tənqidçilər futbolçularımı yox, məni söz atəşinə tutsunlar. Belə məğlubiyyəti unutmaq çox çətin olacaq. Amma unutmamalıyıq ki, biz dünyanın ən yaxşı komandalarından birinə uduzmuşuq. Bütün diqqətimizi "Mançester Siti" və CSKA ilə matçlara yönəldib, qrupda ikinci yer tutmaq üçün gücümüzü səfərbər etməliyik".


oxunma sayı: 278 | Paylaş:




?>