')

Bu gün:


FutbolPress.Az | "Qaradağ" Lökbatan "Qarabağa", MOİK "Neftçi"yə rəqib oldu (YENİLƏNİB)

"Qaradağ" Lökbatan "Qarabağa", MOİK "Neftçi"yə rəqib oldu (YENİLƏNİB)


oxunma sayı: 657 Paylaş:

FutbolPressBu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Yarış 1/16 mərhələdən start götürüb. Burada cəmi 4 komanda mübarizə aparıb.

Bir oyundan ibarət mərhələdə azarkeşlər iki oyuna şahidlik edib.

I divizion təmsilçiləri MOİK-lə “Lokomotiv” qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsilə bitib. “Qaradağ Lökbatan” isə “Zirə” ilə üz-üzə gəlib və növbəti mərhələyə adlayan tərəf olub.

Növbəti mərhələdə MOİK – “Qarabağ”la, “Qaradağ Lökbatan” – “Neftçi”ylə qarşılaşacaq.

Azərbaycan kuboku, 1/16 final mərhələsi
22 oktyabr (çərşənbə)


14:00. MOİK – “Lokomotiv” - 1:0
Qol: Röyal Nəcəfov, 53 (1:0)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

14:00. “Qaradağ Lökbatan” – “Zirə” - 1:0
Qol: Ramil Nuriyev, 16-pen (1:0)
Qırmızı vərəqə: Tural Adıgözəlov ("Zirə")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Dalğa Arena”


oxunma sayı: 657 | Paylaş:




?>