')

Bu gün:


FutbolPress.Az | Madriddə qol yağışı, "Qalatasaray" və "Liverpul" darmadağın oldu (YENİLƏNİB)

Madriddə qol yağışı, "Qalatasaray" və "Liverpul" darmadağın oldu (YENİLƏNİB)


oxunma sayı: 536 Paylaş:

FutbolPressÇL-də III tura yekun vurulub.

İkinci oyun günündə daha 8 qarşılaşma keçirilib.

A qrupunda Madrid “Atletiko”su öz meydanında “Malmö”nü qəbul edib və rəqibi meydana çıxmağa peşman edib - 5:0. Qrupun digər oyununda “Yuventus” səfərdə gözlənilmədən “Olimpiakos”a məğlub olub.

B qrupunda “Real” Madrid səfərdə “Liverpul”un qonağı olub. Karlo Ançelottinin yetirmələri "qırmızılar"ın öhdəsindən ilk hissədə gəlib - 0:3. Qrupun digər matçında “Ludoqorotes” “Bazel”i son dəqiqədə vurduğu qolla məğlub edib.

C qrupunda keçirilən “Monako” – “Benfika" matçında qapılara qol vurulmayıb. “Bayer” Leverkuzen isə “Zenit”i iki cavabsız qola yenib.

Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matç isə D qrupunda, İstanbulda oynanılıb. “Qalatasaray” doğma meydanda Dortmund “Borussiya”sını sınağa çəkib. Matç Türkiyə təmsilçisi üçün biabırçı hesabla bitib - 0:4. Qrupun digər oyununda “Arsenal” “Anderlext” üzərində əzmkar qələbə qazanıb.

Çempionlar Liqasının qrup mərhələsi. III tur
22 oktyabr

A qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Malmö" (İsveç) - 5:0
Qollar: Koke, 48 (1:0), M.Mandzukiç, 61 (2:0), A.Qrizman, 63 (3:0), D.Qodin, 88 (4:0), A.Çerçi, 90+5 (5:0) 

23:45.  "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya) - 1:0
Qol: P.Kasami, 36 (1:0)
 

S Komandalar O Q H M T-F Xal
1. Atletiko Madrid 3 2 0 1 8:3 6
2. Olimpiakos 3 1 0 1 4:4 6
3. Yuventus 3 1 0 2 2:2 3
4. Malmö 3 1 0 2 2:7 3

B qrupu

23:45. "Liverpul" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 0:3
Qollar: Ronaldo, 23 (0:1), Benzema, 30, 41 (0:3)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə) - 1:0
Qol: Y.Minev, 90+2 (1:0)
Qırmızı vərəqə: S.Die, 18 ("Bazel")

S Komandalar O Q H M T-F Xal
1. Real Madrid 3 3 0 0 10:2 9
2. Ludoqorets 3 1 0 2 3:4 6
3. Liverpul 3 1 0 2 2:5 3
4. Bazel 3 1 0 2 2:6 3

C qrupu

23:45. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:0
Qırmızı vərəqə:
L.Lopez, 76 ("Benfika")

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Zenit" (Rusiya) - 2:0
Qollar: G.Donati, 58 (1:0), K.Papadopoulos, 63 (2:0) 
Qırmızı vərəqə: Vendell, 79 ("Bayer", Leverkuzen) 

S Komandalar O Q H M T-f Xal
1. Bayer Leverkuzen 3 2 1 0 5:1 6
2. Monako 3 1 2 0 1:0 5
3. Zenit 3 1 1 1 2:2 4
4. Benfika 3 0 1 2 1:5 1

D qrupu

23:45. "Anderlext" (Belçika) - "Arsenal" (İngiltərə) - 1:2
Qollar: A.Nayar, 71 (1:0), K.Gibbs, 89 (1:1), L.Podolski, 90+1 (1:2)

23:45. "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) - 0:4
Qollar: Pier Abameyanq, 6, 18 (0:2), Marko Roys, 41 (0:3), A.Ramos, 83 (0:4)

S Komandalar O Q H M    T-F Xal
1. Borussiya Dortmund 3 3 0 0 9:0 9
2. Arsenal 3 2 0 1 6:4 6
3. Anderlext 3 0 1 2 2:6 1
4. Qalatasaray 3 0 1 2 2:9 1

III turun digər 8 qarşılaşması dünən keçirilib.
 


oxunma sayı: 536 | Paylaş:




?>