')

Bu gün:


FutbolPress.Az | 10 min manatlıq söyüş

10 min manatlıq söyüş


oxunma sayı: 247 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İK Premyer Liqanın VIII turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Neftçi” matçında "ağ-qaralar"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Həmin turun “Qarabağ” – “Qəbələ” matçında "atlılar"ın 4, “Qəbələ”nin isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Turunun “Araz Naxçıvan” – AZAL matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Bakı” matçında “zolaqlılar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəyəcək. Oyunun 69-cu dəqiqəsində “Bakı”nın futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Bakı”nın məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 10000 manat xərcə düşüb.


oxunma sayı: 247 | Paylaş:




?>