')

Bu gün:


FutbolPress.Az | Çempionlar Liqası: 8 oyunda 40 qol (YENİLƏNİB)

Çempionlar Liqası: 8 oyunda 40 qol (YENİLƏNİB)


oxunma sayı: 549 Paylaş:

FutbolPressBu gün ÇL-in qrup mərhələsində III tur başlayıb.

İlk oyun günündə 8 oyun keçirilib.

E qrupunun lideri "Bavariya" "Roma"nın qonağı olub. Qonaqlar meydan sahiblərini biabırçı hesabla məğlub edib 1:7. "Mançester Siti" isə səfərdə qrupun aşkar autsayderi Moskva ÇSKA-sı ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə bitib.

F qrupunda II turda səfərdə PSG-yə məğlub olan "Barselona" öz meydanında "Ayaks”ın öhdəsindən çətinlik cəkmədən gəlib - 3:1. PSJ isə APOEL-in müqavimətini son dəqiqələrdə qırıb - 0:1.

G qrupunun lideri olan "Çelsi" doğma meydanda Sloveniya çempionu "Maribor"a futbol dərsi keçib - 6:0. Almaniyada isə "Şalke" - "Sportinq" görüşündə 7 qol vurulub. Meydan sahibləri son dəqiqələrdə üç xalı qazanan tərəf olub - 4:3.

H qrupunda keçirdiyi iki oyunda heç-heçə edən "Şaxtyor" səfərdə BATE-nin qonağı olub. "Şaxtaçılar" rəqibinin daşını daş üstə qoymayıb - 0:7.  "Portu" isə öz meydanında "Atletik" Bilbao ilə münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb - 2:1

ÇL-in qrup mərhələsinin III turunun qalan 8 oyunu sabah axşam keçiriləcək.


Çempionlar Liqasının qrup mərhələsi. III tur
21 oktyabr


E qrupu

21:00. CSKA (Moskva, Rusiya) - "Mançester Siti" (İngiltərə) - 2:2
Qollar: Agüero, 29 (0:1), Milner, 37 (0:2), Dumbia, 65 (1:2), Natxo, 86-pen (2:2)

23:45. "Roma" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:7
Qollar: Robben, 9 (0:1), 30 (0:4), Götze, 24 (0:2), Levndovski, 26 (0:3), Müller, 36-pen (0:5), Jervinyo, 66 (1:5), Riberi, 78 (1:6), Şakiri, 80 (1:7)


N Komandalar O Q    H M T-F Xal
1. Bavariya 3 3 0 0 9:1 6
2. Roma 3 1 1 1 7:9 4
3. Mançester Siti 3 0 2 1 2:3 2
4. CSKA (Moskva) 3 0 1 2 3:8 1

F qrupu

23:45.  APOEL (Kipr) - PSJ (Fransa) - 0:1
Qol: Kavani, 87 (0:1)

23:45.  "Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya) - 3:1
Qollar: Neymar, 8 (1:0), Messi, 24 (2:0), El-Qazi, 89 (2:1), Ramires, 90+4 (3:1)

N Komandalar O Q H M T-F Xal
1. PSJ 3 2 1 0 5:3 7
2. Barselona 3 2 0 1 5:4 6
3. Ayaks 3 0 2 1 3:4 2
4. APOEL 3 0 1 2 1:3 1

G qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Maribor" (Sloveniya) - 6:0
Qol: Remi, 13 (1:0), Droqba, 23-pen (2:0), Terri, 31 (3:0), Viler, 53-a.q (4:0), Hazard, 77-pen (5:0), 90+1 (6:0)

23:45. "Şalke" (Almaniya) - "Sportinq" (Portuqaliya) - 4:3
Qollar: Nani, 17 (0:1), Obasi, 34 (1:1), Huntelaar, 51 (2:1), Hovedes, 60 (3:1), Silva, 63-pen (3:2), 78 (3:3), Çoupo-Motinq, 90+3-pen (4:3)
Qırmızı vərəqə: Mourisio, 33 ("Sportinq")

N Komandalar O Q H M T-F Xal
1. Çelsi 3 2 1 0 8:1 7
2. Şalke 3 1 2 0 6:5 6
3. Maribor 3 0 2 1 2:8 2
4. Sportinq 3 0 1 2 4:6 1

H qrupu

23:45.  BATE (Belarus) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:7
Qollar: Aleks, 11 (0:1), Adriano, 27-pen (0:2), 37 (0:4), 40 (0:5), 44 (0:6), 82-pen (0:7), Duqlas, 35 (0:3),

23:45.  "Portu" (Portuqaliya) - "Atletik" (Bilbao, İspaniya) - 2:1
Qol: Herrera, 45 (1:0), Fernandes, 78 (1:1), Quarejma, 75 (2:1)

N Komandalar O Q H M T-F Xal
1. Portu 3 2 1 0 10:3 7
2. Şaxtyor 3 1 2 0 9:2 5
3. BATE 3 1 0 2 2:14 3
4. Atletik Bilbao 3 0 1 2 2:4 1


oxunma sayı: 549 | Paylaş:




?>