')

Bu gün:


FutbolPress.Az | Azәrbaycan millisinin yeni baş mәşqçisi danışdı  (MÜSAHİBӘ)

Azәrbaycan millisinin yeni baş mәşqçisi danışdı (MÜSAHİBӘ)


oxunma sayı: 777 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının yeni baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi

- Yeni təyinat barədə Sizi təbrik edirik. Nə deyə bilərsiniz?

- Yığmada çalışmaq şərəfli, amma çətin işdir. Mənə etimad göstərdikləri, inandıqları və şans verdikləri üçün AFFA rəhbərliyinə minnətdaram. Sizin də dəstəyinizlə əlimizdən gələni edəcəyik ki, Norveçlə noyabrın 16-da keçirəcəyimiz oyundan uğurlu nəticə ilə ayrılaq.

- Yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz...

- Mən heç bir rəqibdən qorxmuram. Hazırda əsas diqqətimiz Norveçlə oyuna yönəlib. Düzdür, gələcək karyeranı düşünən insanam. Amma bu gün növbəti rəqibi düşünməliyik, yaxşı nəticə, futbol üçün əlimizdən gələni edəcəyik.

- Foqtsun İtaliya və Xorvatiya ilə qarşılaşmalara Mahir Şükürovla Vaqif Cavadovu çağırmaması xeyli tənqid olundu. Sizin necə, onları qaytarmaq planınız var?

- Bu barədə plan qurmamışam. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, çağırılacaq. Xarici çempionatlarda çıxış edən legionerlərimizdən yararlanmaq lazımdır. Bu, xüsusən, klubda oyun praktikası və millidə təcrübəsi olanlara aiddir.

- Bəs onların çıxışlarını yerindəcə izləyəcəksiniz?

- Yəqin ki, legionerlərimizi izləməyə gedəcəyəm. Hələlik qarşıdakı planlarımı tam müəyyənləşdirməmişəm. Dəqiqləşmə olan kimi konkret addımlar atacağıq.

- Foqtsun vaxtında milliyə cəlb olunmuş əcnəbi futbolçuları siz də yığmaya çağıracaqsınız?

- Həmişə demişəm ki, yığmada yerli futbolçular yer almalıdır. Yenə də fikrimdə qalıram. Onlardan hardasa biri çağırıla bilər. Təyinat yeni olduğundan, hələ bu barədə düşünməmişəm.

- Norveçlə oyunda yaxşı nəticə üçün çalışacağınızı dediniz. Konkret, hansı nəticəni nəzərdə tutursunuz?

- Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Amma hücum futbolu sərgiləyərək, xal qazanmağı düşünürük.


oxunma sayı: 777 | Paylaş:




?>