Albaniya millisinin oyunçusuna şok cəza verilə bilər
Paylaş:
UEFA Albaniya millisinin və "Latsio"nun oyunçusu Lorik Kana 6 ay və daha çox futboldan uzaqlaşdırıla bilər.
Buna səbəb oyunçunun AVRO - 2016-nın seçmə mərhələsinin III turunda keçirilən Serbiya - Albaniya matçında baş verən qalmaqalda iştirakı və serb azarkeşləri ilə dava etməsidir.
Futbolçunun özü isə hadisəni belə şərh edib:
"Mən əlində stul komanda yoldaşlarıma hücum çəkən serb azarkeşini gördüm. Həmkarlarımı qorumaqdan başqa yolum yox idi".
Oyunçunun atası isə qitənin ali futbol qurumunda düzgün qərar gözlədiyini deyib:
UEFA-dan doğru qərar gözləyirik. Lorik yaxşı insandır. O, bütün millətlərə hörmət edir. Oğlumla fəxr edirəm".
| Paylaş: