')

Bu gün:


FutbolPress.Az | İsgəndər Cavadov: "Berti Foqts qovulmalıdı"

İsgəndər Cavadov: "Berti Foqts qovulmalıdı"


oxunma sayı: 799 Paylaş:

FutbolPressMillinin Xorvatiyaya 6:0 uduzması ölkə futbolunda "Pyorl Harbor" effekti yaratdı. 

Bu dәfә hamı - azarkeş, media, futbol rәhbәrliyi - bir nәfәr kimi "günah keçisi" axtarıb Osiyek faciәsinin hirsini ondan çıxmaq ehtirasıyla alışır. Bәllidi, hәdәfә ilk olaraq Berti Foqts gәldi. Buna sәbәb hәm dә onun oyunsonrası konfransda biabırçı oyun vә nәticәyә görә üzrxahlıq elәmәkdәnsә, әksinә, hamıda günah axtarması da tәsir elәdi.

İtaliya vә Xorvatiya sәfәrlәrindә düşәrgәdә İcraiyyә Komitәsinin iki üzvü, İsgәndәr Cavadovla Mirkamil Rәhimov da iştirak edirdi. Ezamiyyәtdә iştirak edәn "FutbolPress" onlardan yaranan durumla bağlı açıqlama götürdü. Sonrakı materialda Rәhimovun fikirlәriylә tanış ola bilәrsiz, indiysә Rövnәq Abdullayevdәn başqa hәr kәsdә günah görәn Cavadovun fikirlәriylә tanış olaq:

"Bu adam 7 ildi Azәrbaycandadı vә mәn ilk gündәn hәmişә deyirәm, xeyri olmayacaq, geriyә gedәcәk futbolumuz. Gördüyümüz kimi, belә biabırçılıq oldu. Mәn danışırdım, mәni iclasdan qovurdular. Allah var... Haqq öz yerini göstәrir. Mәn Azәrbaycan futboluna xidmәt elәmiş bir şәxs kimi, iki şeyi tәlәb vә xahiş edirәm, İcraiyyә Komitәsinin tәcili iclası çağırılsın, mәsәlә ciddi müzakirә olunsun - bu dәfә Foqts qovulmalıdı. İkinci mәsәlә isә birbaşa Rövnәq müәllimdәn (Abdullayev - red.) asılıdır. O, artıq başını qaldırıb, әtrafına yaxşı-yaxşı baxmalıdı. Әtrafında qovulmalı insanlar çoxdu. Ad çәkә bilmәrәm, ancaq deyirәm, rәhbәrlikdә futboldan başı çıxmayan vә Rövnәq müәllimi aldadan adamlar var - onlar qovulmalıdı. Nә bir dәfә stadiona gedib, ölkә çempionatını izlәyirlәr, nә də uşaq futbolundakı bәrbad infrastrukturu düzәltmәyә çalışıblar. Belәlәri AFFA-da nә gәzir - tәmizlәnmәlidilәr ordan. Futbolu bilәnlәr, nәticәyә söz verib, bacaranlar gәlmәlidir iş başına. Vәziyyәtin bu hәddә gәlib çatmasında özümdә dә günah görürәm; hamımız günahkarıq. Vaxtında ciddi tәlәb elәmәliydik Foqtsun qovulmasını. Müqavilәsini artırmamalıydılar. Onun Azәrbaycan futboluna heç bir xeyri dәymәyib. Bu strategiya iflasa uğradı. Bu cür davam elәmәk olmaz, alınmaz".


oxunma sayı: 799 | Paylaş:




?>