')

Bu gün:


FutbolPress.Az | "İnter" - "Qarabağ": açıq məşqlərin və mətbuat konfransının vaxtı açıqlandı

"İnter" - "Qarabağ": açıq məşqlərin və mətbuat konfransının vaxtı açıqlandı


oxunma sayı: 248 Paylaş:

FutbolPressAL-in qrup mərhələsinin II turunda keçiriləcək "İnter" - "Qarabağ" matçına qədərki proqram açıqlanıb. 

İtaliya klubunun saytının məlumatına görə, ilk öncə “İnter”in baş məşqçisi Valter Matsarri jurnalistlər önünə çıxacaq. Belə ki, “Napoli”nin sabiq çalışdırıcısı sabah Bakı vaxtı ilə saat 16:30-da mətbuat konfransına çıxacaq. İtaliyalı məşqçi jurnalistləri başı ətrafına Appyano-Centile qəsəbəsində yerləşən “İnter”in sabiq prezidenti Ancelo Morattinin adına idman mərkəzində toplayacaq. Saat 18:30-da isə Milan təmsilçisi adıçəkilən məkanda ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan hazırlıq keçəcək.

Bakı vaxtı ilə saat 22:00-da isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunun keçiriləcəyi Cüzeppe Meatsa adına stadionun konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra isə “Qarabağ”ın bu stadionda oyun öncəsi son məşqi var. Bu hazırlığın da cəmi ilk 15 dəqiqəsi KİV üçün açıqdır.

“İnter” və “Qarabağ” tərəfindən hansı futbolçuların mətbuat konfransında iştirak edəcəyi açıqlanmayıb.


oxunma sayı: 248 | Paylaş:




?>