')

Bu gün:


FutbolPress.Az | "Çelsi" və "Bavariya"dan qələbə, "Barselona" məğlub oldu   (YENİLƏNİB)

"Çelsi" və "Bavariya"dan qələbə, "Barselona" məğlub oldu  (YENİLƏNİB)


oxunma sayı: 1366 Paylaş:

FutbolPressBu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib. 

İlk matç günündə azarkeşlər 8 qarşılaşmaya şahidlik edib. 

II turun ilk oyunu Moskvada keçirilib. Burada yerli ÇSKA Moskva qrupun lideri Münhen "Bavariya"sını qəbul edib. Matçdan qonaqlar qalib ayrılıb. E qrupunun digər oyununda isə İngiltərə və İtaliya klubları üz-üzə gəlib. "Mançester Siti"  "Ettihad Arena"da  "Roma"nı sınağı çəkib və qələbə qazana bilməyib. 

Günün ən maraqla gözlənilən oyunu isə Parisdə keçirilib. F qrupunun lideri "Barselona" PSJ-nin qonağı olub. Luis Enrikenin komandası bu matça mövsümdə ilk məğlubiyyət acısını yaşayıb. Qrupun digər oyununda isə APOEL doğma publika önündə "Ayaks"ı qəbul edib və sülhlə razılaşıb. 

G qrupunda isə "Sportinq" "Çelsi"yə doğma meydanda məğlub olub, "Şalke" isə "Maribor"la bacarmayıb. 

H qrupunda  BATE  öz meydanında "Atletik"nu məğlub edib,  "Şaxtyor" Donetsk isə "Portu"yla matçda üstün olmasına baxmayaraq son 5 dəqiqədə 2 qol buraxaraq heç-heçəyə razılaşıb.

Qrup mərhələsində II tura sabah keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.


Çempionlar Liqası. II tur
30 sentyabr



E qrupu
21:00. CSKA (Moskva, Rusiya) -  "Bavariya" (Almaniya) - 0:1
Qol: Müller, 22-pen (0:1)

23:45. "Mançester Siti" (İngiltərə)  - "Roma" (İtaliya) - 1:1

Qollar: Agüero, 4-pen (1:0), Totti, 23 (1:1)

N E Qrupu O Q H M T-F xal
1. Bavariya 2 2 0 0 2:0 6
2. Roma 2 1 1 0 6:2 4
3. Mançester Siti 2 0 1 1 1:2 1
4. ÇSKA 2 0 0 2 1:6 0


F qrupu
23:45.  APOEL (Kipr) - "Ayaks" (Hollandiya) - 1:1
Qollar: Andersen, 28 (0:1), Manduka, 32 - pen (1:1)

23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya) 
- 3:2
Qollar: David Luiz, 8 (1:0), Lionel Messi, 12 (1:1), Veratti, 26 (2:1), Matuidi, 53 (3:1), Neymar, 56 (3:2)

N Komandalar O Q H M T-F Xal
1. PSG 2 1 1 0 4:3 4
2. Barselona 2 1 0 1 3:3 3
3. Ayaks 2 0 2 0 2:2 2
4. APOEL 2 0 1 1 1:2 1

 
G qrupu
23:45.  "Şalke" (Almaniya) - "Maribor" (Sloveniya) 
- 1:1
Qollar: Bohar, 38 (0:1), Huntelar, 56 (1:1)

23:45.  "Sportinq" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Matiç, 34 (0:1)

N Komandalar O Q H M T-F Xal
1. Çelsi 2 1 1 0 1:2 4
2. Şalke 2 0 2 0 2:2 2
3. Maribor 2 0 2 0 2:2 2
4. Sportinq 2 0 1 1 1:2 1


H qrupu
23:45.  BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) 
- 2:1
Qollar:Polyakov, 19 (1:0), Kartinski, 41 (2:0), Aduriz, 45 (2:1)

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Portu" (Portuqaliya)  - 2:2
Qollar: Aleks, 31 (1:0), Adriano, 85 (2:0), Martinez, 89-pen (2:1), 90+4 (2:2)

S Komandalar O Q H M T-F Xal
1. Portu 2 2 0 0 8:2 6
2. BATE 2 1 1 0 2:7 3
3. Şaxtyor 2 0 2 0 2:2 2
4. Atletik Bilbao 2 0 1 1 1:2 1


oxunma sayı: 1366 | Paylaş:




?>