')

Bu gün:


FutbolPress.Az | Eşqin Quliyev: "Əsgər Abdullayevi müdafiə edəsi deyiləm" (AÇIQLAMA)

Eşqin Quliyev: "Əsgər Abdullayevi müdafiə edəsi deyiləm" (AÇIQLAMA)


oxunma sayı: 556 Paylaş:

FutbolPressDünən Topaz Premyer Liqasının VII turunda keçirilən "Bakı" - "Araz Naxçıvan" matçının (2:1) sonlarında qonaq azarkeşlərin baş məşqçi Əsgər Abdullayevə qarşı "istefa" şüarları səsləndirməsi və Naxçıvan təmsilçisinin ehtiyyat oyunçular skamyasında əyləşən futbolçu Eşqin Quliyevin azarkeşləri təhqir etməsi barədə xəbər vermişdik. 

Futbolçu "FutbolPress.az"a açıqlamasında yayılan məlumatların doğru olmadığını söyləyib: 

"Mən ehtiyyat oyunçular skamyasında olmuşam. Azarkeşləri necə təhqir edə bilərəm? Doğrudur, onlar bir neçə dəfə "istefa" şüarları səsləndirdilər. Buna görə mən Əsgər Abdullayevi müdafiə edəsi deyiləm ki. Mən nə söyüş söyməmişəm, nə də başqa bir şey etməmişəm. Azarkeşlərlə işimiz yoxdu". 


oxunma sayı: 556 | Paylaş:




?>