Lionel Messi 400-ü adladı (VİDEO)
Paylaş:
Bu gün İspaniya La Liqasının VI turunda keçirilən "Barselona" - "Qranada" matçı (6:0) katalonların hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Argentinalı 62-ci dəqiqədə fərqlənməklə karyerası ərzində rəsmi matçlarda 400-cü qolunu vurub. Superulduz bununla da kifayətlənməyərək 82-ci dəqiqədə qonaqların qapısına daha bir qol vurmaqla dublunu rəsmiləşdirib.
Messi bu qollardan 359-nu "Barselona"da, qalan 42-ni isə kapitanı olduğu Argentina millisinin heyətində vurub.
Messinin 400-cü qolunun videosu:
| Paylaş: