')

Bu gün:


FutbolPress.Az | Qaret Beyl: "Bəlkə də, sevdiyim kluba dönəcəm"

Qaret Beyl: "Bəlkə də, sevdiyim kluba dönəcəm"


oxunma sayı: 170 Paylaş:

FutbolPress"Tottenhem hər zaman mənim ürəyimdə qalacaq. İnanıram ki, hələ də azarkeşlər məni sevirlər".

Bu sözləri ötən yay "Tottenhem"dən "Real" Madridə transfer olunan Qaret Beyl deyib. 

Uels millisinin oyunçusu keçmiş klubu haqqında açıqlamasında geri qayıdışını da istisna etməyib: 

"Mən Tottenhem fanatlarını sevirəm. Bilmək olmaz, bəlkə də, mən bir dəfə sevdiyim kluba dönəcəm. Düşünürəm ki, fanatlar mənim qərarıma hörmətlə yanaşıblar və "Real"ın böyük klub olduğunu bilirlər. Madriddən gələn təklifi qəbul etməmək çətin idi. Amma Tottenhemdə özümü evimdəki kimi hiss edirdim". 


oxunma sayı: 170 | Paylaş:




?>