')

Bu gün:


FutbolPress.Az | Antonio Konte: "Azərbaycan millisini qiymətləndirməyə bilmərik"

Antonio Konte: "Azərbaycan millisini qiymətləndirməyə bilmərik"


oxunma sayı: 226 Paylaş:

FutbolPress"Norveçlə matça yaxşı başladıq və qələbə qazandıq. Amma skandinaviyalılar bizə müəyyən problemlər yaratdı. Buna görə də bütün rəqiblərimizə ciddi yanaşmalıyıq".

Bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte ölkəsinin mətbuatına açıqlamasında deyib. 

Təcrübəli mütəxəssis AVRO-2016-nın seçmə mərhələsinin növbəti oyununda qarşılaşacaqları Azərbaycan millisi haqda da danışıb. Konte yığmamızı düzgün qiymətləndirməli olduqlarını bildirib:

"Dünya çempionatında uğursuz çıxışdan sonra komandanın əvvəlki əzəmətini qaytarmağa gəlmişəm. Yığmanın futbolçularının ölkə xaricində çıxış etməsi hər zaman önəmlidir. Balotelli ilə yanaşı, digər futbolçularımız da ölkə xaricində oynayır. Qrupun favoriti olsaq da, rəqibləri kiçiltməməliyik. Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlara ciddi hazırlaşmalıyıq. Azərbaycan və Malta yığmaları da asan rəqib kimi görünə bilər. Ancaq onları qiymətləndirməyə bilmərik. Seçmə mərhələyə qələbə ilə başladıq. Qarşıdakı oyunlarda da qalib gəlməliyik".

İtaliya – Azərbaycan qarşılaşması oktyabrın 10-da Palermo şəhərində keçiriləcək. 


oxunma sayı: 226 | Paylaş:




?>