')

Bu gün:


FutbolPress.Az | Berti Foqts: "Azarkeşlər oynadığımız futbolu başa düşmürlər"

Berti Foqts: "Azarkeşlər oynadığımız futbolu başa düşmürlər"


oxunma sayı: 382 Paylaş:

FutbolPress

"Komanda olaraq inkişaf etməkdəyik. Əgər ötən seçmə mərhələni yada salsaq onda görərik ki, Azərbaycan yalnız iki komandaya uduzdu. İki dəfə Portuqaliyaya, bir dəfə də Rusiya millisinə. Bu   Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “uefa.com” saytına müsahibə sində deyib.

Yığmanın qrupdan çıxmaq şanslarını dəyərləndirən alman mütəxəssis millinin azarkeşlərini komandanı nəticəyə görə dəstəkləməkdə ittiham edib və onların futboldan başı çıxmadığını söyləyib:
 
“Avropa çempionatına vəsiqələr pulsuz paylanılmır. Bu seçmə mərhələdə də hər şey mümkündür. İtaliya kimi komanda ilə oynamaq bizi sevindirir. Xorvatiya da güclü komandadır. Hər ikisi dünya çempionatının iştirakçısıdır. Lakin bir şeyi də vurğulayım ki, milli komanda texnikalı oyun nümayiş etdirəndə, uduzub və ya heç-heçə edəndə azarkeşlər sırf nəticəyə baxırlar. Onlar komandanın oyununu anlamırlar. Azarkeşlər oynadığımız futbolu başa düşmürlər. Yalnız komanda udanda onlar futbol ölkəsi olurlar. Azərbaycan şahmat ölkəsidir. Normal vəziyyətdə onlar digər nəticələri də başa düşməlidirlər. Biz fiziki cəhətdən yaxşı komandayıq. Qupumuzda olan komandalarla ayaqlaşa bilərik onlar İngiltərə və İsveçrə kimi sürətli oynamırlar. Ona görə də biz bir iki komandaya qarşı  sürpriz edə bilərik”.

VİDEO


oxunma sayı: 382 | Paylaş:




?>