')

Bu gün:


FutbolPress.Az | Ruslan Əmircanov: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"

Ruslan Əmircanov: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"


oxunma sayı: 140 Paylaş:

FutbolPress"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Topaz Premyer Liqasının VI turunda "neftçi" ilə oyun öncəsi fikirlərini bildirib.

Klubun saytına danışan  R. Əmircanov “Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyənin əla olduğunu deyib:

"Matça yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdür, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni futbolçuları olduğundan belə təhlil zəruridir. Rəqib güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra da “Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəlmişdik. Bu da ab-havaya müsbət təsir edir. Amma həmin görüşü unudub, qarşıdakına köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşləri sevindirməyə çalışacağıq”. 


oxunma sayı: 140 | Paylaş:




?>