')

Bu gün:


FutbolPress.Az | "İnter" "Bakı"nı biabır edib, lider oldu  (YENİLƏNİB)

"İnter" "Bakı"nı biabır edib, lider oldu (YENİLƏNİB)


oxunma sayı: 402 Paylaş:

FutbolPressBu gün Topaz Premyer Liqasında VI tura start verilib.

3 gün davam edəcək turun açılış matçında "İnter" və "Bakı" ilə üz-üzə gəlib.

"İnter Arena"da keçiriləcək oyun saat 19:00-da başlayıb. Matç meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yükunlaşıb. Kaxaber Sxadadzenin komandası bu oyunda qələbə qazanmaqla müvəqqəti də olsa, yenidən liderliyə yüksəlib. 

 Beləliklə, “İnter” xalını 13-ə çıxarıb və turnir cədvəlində ən azı bir günlük zirvəyə yüksəlib. “Bakı” isə qələbəsiz oyunlar seriyasını davam etdirir.

Premyer Liqada VI tura bazar günü keçiriləcək “Qarabağ” – “Simurq” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 6-cı tur
19 sentyabr (cümə)

19:00. “İnter” – “Bakı” - 7:0
Qollar: Junior Nildo, 10, 19 (2:0), Arif Daşdəmirov, 30 (3:0), Baçana Sxadadze, 44 (4:0), 47 (5:0), Coşqun Diniyev, 73 (6:0), Nizami Hacıyev, 86 (7:0)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov

Bakı. “İnter Arena” stadionu.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 11. Asif Məmmədov, 12. Junior Nildo, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsıyev, 10. Elvin Məmmədov, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 27. Dieqo Madriqal


“Bakı”: 1. Aqil Məmmədov (k), 6. Vüqar Bəybalayev, 21. Elşad Manafov, 3. Yure Travner, 37. Mikayıl Rəhimov, 19. Elton Hüseynov, 22. Risto Ristoviç, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 18. Əziz Quliyev , 10. Nurlan Novruzov

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 30. Cəmşid Məhərrəmov, 16. Rövşən Əmiraslanov, 5. Georgios Palagios, 11. Tural Qürbətov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov 

 


Turnir cədvəli

N   Klublar O Q H M T-F X
1   İnter 6 4 1 1 19-3 13
2   Sumqayıt 5 4 0 1 8-6 12
3   Neftçi 4 3 0 1 4-4 9
4   Qəbələ 5 3 0 2 6-7 9
5   Simurq 4 2 0 2 6-4 6
6   Qarabağ 4 1 2 1 5-5 5
7   Xəzər L 5 1 1 3 2-5 4
8   AZAL 4 1 1 2 3-7 4
9   Araz N 4 1 0 3 4-5 3
10   Bakı 4 0 1 3 3-7 1

Bombardirlər: 

Mikel Alvaro (İnter) - 4 qol
Məhəmməd Qurbanov (Sumqayıt) - 3 qol
Rəşad Eyyubov (Simurq) - 3 qol
David Janelidze (Araz Naxçıvan) - 2 qol
Kiyan Sultanpur (Sumqayıt) - 2 qol


oxunma sayı: 402 | Paylaş:




?>