')

Bu gün:


FutbolPress.Az | AVRO-2020 Bakıda keçiriləcək  (YENİLƏNİB)

AVRO-2020 Bakıda keçiriləcək (YENİLƏNİB)


oxunma sayı: 452 Paylaş:

FutbolPressAvropa çempionatının qrup mərhələsinin üç oyunu və 1/4 finalın bir matçı Azərbaycanda olacaq


Sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçirilən iclasından sonra açıqlanıb.  Turniri qəbul etməyə 19 ölkə namizəd ölkələr arasında Bakı ilə təmsil olunan Azərbaycan da var idi. Paytaxtımız AVRO-2020-ni qəbul edəcək 13 şəhər arasında olub.

Çempionatın final mərhələsinin matçları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. AVRO-2016-da olduğu kimi AVRO-2020-nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.

Yarımfinal və final görüşlərinin keçirilməsi uğrunda əsasən London və Münhen şəhərləri mübarizə aparıb. Almaniyanın bütün diqqətini AVRO-2024-ün ev sahibliyini qəbul etməsinə yönəltməsi AVRO-2020-nin yarımfinal və final matçlarının Londonda keçirilmə şanslarını artırırdı ki, belə də olub. AVRO-2020-nin yarımfinal və final oyunlarının Londonda keçirilməsi rəsmən açıqlanıb.

AVRO-2020-nin oyunlarının keçiriləcəyi bütün şəhərlərin siyahısını diqqətinizə çatdırırıq:
 
İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münxen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel - 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen - 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt - 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam - 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin - 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest - 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo - 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao - 3 qrup oyunu, 1 1/8 final oyunu

AVRO-2020-yə digər namizəd şəhərlər - Minsk (Belarus), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Yerusalim (İsrail), Stokholm (İsveç) və Kardif (Uels) isə lazımi səsi toplaya bilməyiblər.

Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil edib.


oxunma sayı: 452 | Paylaş:




?>