')

Bu gün:


FutbolPress.Az | İlk avtoqol və qırmızı vərəqə

İlk avtoqol və qırmızı vərəqə


oxunma sayı: 396 Paylaş:

FutbolPressÇL-in qrup mərhələsinin ilk qırımızı vərəqə alan və ilk avtoqol vuran oyunçuları bilinib. 

İlk qırmızı vərəqə alan "Benfika"nın qapıçısı Arturo olub. 33 yaşlı braziliyalı qolkiper “Zenit”lə oyunun 18-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Matç 0:2 hesablı qonaqların xeyrinə bitib. 


Qitənin ən nüfuzli klub turnirində ilk avtoqolun müəllifi isə "Bazel"li Marek Suke olub. Çexiyalı müdafiəçi “Real”la qarşılaşmanın 14-cü dəqiqəsində bəxtsizliklə üzləşib. “Kral klubu”nun arxa xətt futbolçusu Natçonun qüvvətli zərbəsindən sonra top 26 yaşlı oyunçuya dəyərək, qapıya daxil olub. 

Görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib. 


oxunma sayı: 396 | Paylaş:




?>