')

Bu gün:


FutbolPress.Az | Yaşar Seyidov: "Pul əsas deyil, əsas reallıq və idmandır"

Yaşar Seyidov: "Pul əsas deyil, əsas reallıq və idmandır"


oxunma sayı: 679 Paylaş:

FutbolPress"Bakı"nın icraçı direktoru Yaşar Seyidov klubdakı son durum, üzləşdiyi problemlər və bu gün keçirilmiş klubdaxili iclas barədə "FutbolPress.az"ın suallarını cavablandırıb: 

- Turnir cədvəlindəki mövqenin düzəlməyi üçün hansı addımlar atılacaq?
- Turnir cədvəlindəki mövqeyimiz məni və komandamızı narahat eləmir. Hələ cəmi 4 tur araxada qalıb. Gələn oyunlarda xallar qazanıb vəziyyətdən çıxacağımıza əminəm. “Bakı” real işlər görür, heç kimin bundan şübhəsi olmasın. Daim çalışmışıq ki, milli futbolçulara üstünlük verək. Hamısı gənc oyunçulardır, yaxın 2-3 ildə siz onların uğurlarını görəcəksiniz. Medallar və Avrokubok yerləri uğrunda komandamız heç kimə güzəştə getməyəcək. Sadəcə bir az zaman lazımdır.

- Komandanın maliyyə problemlərinin tam həll olunduğu açıqlanmışdı. Başqa problem və ya diskomfort yoxdu ki?
- Komandada əhval-ruhiyyə əladır. Hər kəs “Bakı”nın bu vəziyyətdən çıxması üçün əlindən gələni edir. Oyunçudan tutmuş, məşqçiyə qədər. Mən özüm hər zaman demişəm, pul əsas deyil, əsas reallıqdır, əsas idmandır, əsas klub və onun heyətidir. “Bakı” həmişə alıqşa layiq olub və bu ənənə davam edəcək.

- Ümumiyyətlə, "Bakı"nın yaradıcılarından olan biri kimi, ictimaiyyətə aşkar izah edin, niyə belə oldu?
Pul olmayanda hər kəsə problemlə üzləşir. Bu, futbolda da belədir, həyatda da. Maliyyə problemləri ucbatından yayda təlim-məşq toplanışında iştirak edə bilmədik. Yalnız çempionatın başlamasına 15-20 gün qalmış müəyyən hazırlıqlar keçə bildik. Hazırkı zəif çıxışımızın da səbəbi bundadır. Həm də bəzi klublar oyunçularımızı güya məvaciblərin verilməməsini əsas gətirərək əlimizdən aldılar. Amma heç bir problem yoxdur. Bu vəzityyətdən də üzüağ çıxacayıq.

- Bir idman direktoru olaraq siz və klub prezidenti Hafiz Məmmədov hazırkı oyunçalara gevənirsinizmi?
- Həm prezident, həm də, özüm Uzuncaya inanırıq. O da futbolçulara inanır, onları yetişdirir.

- Bəs oyunçulara necə?
- Gənclərimizə ümid böyükdür. Hələ biz əlimizin altında olan bu uşaqlarıın bir neçəsini milli komandada görəcəyik. Elməddin Məmmədov, Nuran Qurbanov, Rövşən Əmiraslanov  kimi gənc oyunçuları cəlb etmişik. Onların gələcəyi parlaqdır. Məşqlərdə gənclərin necə ürəkdən çalışdığını, klub üçün, idman üçün can yandırdığını görmək olur.  Onları böyük uğurlar gözləyir. Bir “Bakı” olaraq biz ölkə futboluna böyük töhfə verəcəyik.

- Bu gün “Bakı”da keçirilən klubdaxili iclas nə ilə bağlı idi?
- AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən “Bakı”ya təyinat almış yeni idman direktoru Torsten Spittler ilə birgə toplanış keçirtdik. Onunla “Bakı”nın aşağı yaş qurpları üzrə komandalar və həmin komandaların Azərbaycan çempionatları barədə müzakirələr apardıq. Hələ ki, bu komandalara oyunçu seçimlərini davam etdiririk. Yoxlanışlardan sonra yekun heyətlər açıqlanacaq. Bununla həmin yaş qruplarış çalışdıran məşqçilərə göstərişlər vermişik. 
 


oxunma sayı: 679 | Paylaş:




?>